'Azercell CUP 2022'-nin qalibləri müəyyən oldu!

'Azercell CUP 2022'-nin qalibləri müəyyən oldu!

Reklam və Marketinq
22.12.2022 PAYLAŞIM

    Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı “Azercell Telekom” MMC-nin bu ilin noyabr ayında keçirdiyi proqramlaşdırma üzrə “AZERCELL CUP” müsabiqəsi yekunlaşdı. Ümumilikdə 140 nəfərin iştirakı ilə təşkil edilən final mərhələsi 3 saat davam edib. Yarışın sonunda 6-7 və 8-ci sinif şagirdləri arasında qaliblər müəyyən edilib, medalla təltif olunublar. Müsabiqənin ümumi nəticələri ilə www.olimpiada.edu.az saytında tanış olmaq mümkündür.

    Mükafatlandırma mərasimi və hazırlıq dərsləri haqqında məlumat şagirdlərə email  vasitəsilə  çatdırılacaq. Yüksək nəticələr göstərən iştirakçılar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təşkil edilən Beynəlxalq Olimpiadalara hazırlıq mərkəzində keçirilən hazırlıq proqramlarında iştirak etmək imkanı qazanacaqlar. 


    “Azercell CUP” məktəblilər arasında informatika elmi və proqramlaşdırma üzrə bilik və bacarıqları inkişaf etdirmək, bu sahəyə gənclərin marağını artırmaq, informatika fənni üzrə olimpiadalarda iştiraka həvəsləndirmək məqsədi daşıyır. 2017-ci ildən etibarən Azercell Telekom-un dəstəyi ilə beynəlxalq olimpiadalara hazırlıq keçən məktəblilərimiz ölkəmizi uğurla təmsil edərək 2 qızıl, 13 gümüş və 33 bürünc olmaqla ümumilikdə 48 medal əldə ediblər. Qeyd edək ki, qalib şagirdlər sırasında “Azercell CUP” müsabiqəsi vasitəsi ilə kəşf olunan istedadlı şagirdlər də yer alır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Gənc qadınlar Azercell-in dəstəyilə startap qurur

"Her Improvement" layihəsinin birinci mərhələsi sona çatdı


Şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi nəticəsində Azercell-in intern..

“Azercell Telekom” MMC şəbəkəsinin əhatə dairəsini ən innovativ texnologiyalar vasitəsilə genişləndi..


Yardıma ehtiyacı olan 2000-dən çox qadın 'Qadın Qaynar Xətti'nə müraciət edib..

Azercell-in təşəbbüsü ilə yaradılan qaynar xətt ilk 6 aylıq fəaliyyətinin nəticələrini açıqladı..


Bakıda qızların STEM təhsilinə və gələcək fəaliyyətinə həsr olunmuş festival keç..

QadinFest və “Women in Tech” platformalarının təşkilatçılığı ilə 28-29 yanvar,  saat 12:00-18:00-dək..


Azercell 4G Naxçıvanda!

Lider mobil operator Naxçıvan Muxtar Respublikasını 4G şəbəkəsi ilə əhatə edir


Azercell-in peşəkarları 'İT-Akademiya'sının tələbələri ilə öz təcrübələrini bölü..

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazir..

×