Azercell-də 'Təhlükəsizlik həftəsi'

Azercell-də 'Təhlükəsizlik həftəsi'

Reklam və Marketinq
23.12.2022 PAYLAŞIM

    Beş milyondan artıq abunəçi bazasına, eləcə də əməkdaşlar və tərəfdaşlardan ibarət geniş işçi şəbəkəsinə malik “Azercell Telekom”  ilk dəfə olaraq  ”Təhlükəsizlik hər birimizin məsuliyyətidir” şüarı altında “Təhlükəsizlik həftəsi”ni təşkil etdi.

    “Təhlükəsizlik Həftəsi” çərçivəsində, müxtəlif sahələrdə geniş maarifləndirmə proqramını əhatə  edən vebinarlar, Biznesin Davamlılığı testləri, mülki müdafiə məşqləri və s. həyata keçirildi.


    Təhlükəsizlik Departamentinin və “Azercell Akademiyası” tədris mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan tədbir çərçivəsində Böhran Halları və Mülki Müdafiə, Kibertəhlükəsizlik və kibertəhdidlər, İnformasiya Təhlükəsizliyi Risklərinin İdarə Olunması, Məlumatın önəmi və düzgün istifadəsi, Fiziki təhlükəsizliyinin təmin edilməsi haqqında vebinarlar keçirilmişdir.

    Vebinarlar zamanı təşkil olunmuş sual-cavab sessiyaları çərçivəsində əməkdaşlar və qonaqlar həm üz-üzə, həm də onlayn formatda təlimçilərə onları maraqlandıran sualları istiqamətləndirərək cavab almaq imkanı qazandılar. 

    Bundan əlavə, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsi nümayəndələrinin və şirkət əməkdaşlarının iştirakı ilə birgə müxtəlif sahələrdə praktik məşğələlər də həyata keçirilib. Praktik məşğələlər  böhran halları, müxtəlif hücumlar zamanı davranış qaydaları, coğrafi ehtiyatlılığın təmin olunması, Biznesin Davamlılığı testlərinin keçirilməsi və digər vacib məsələləri əhatə etdi. 

    Texnologiyaların sürətlə inkişaf etdiyi, eləcə də münaqişə ocaqlarının genişləndiyi müasir dünyada  təhlükəsizlik tədbirləri ilə bağlı əhali arasında maarifləndirmə işlərinin vacibliyini əsas tutaraq “Azercell Telekom” bu sahədə təlimlərini istər şirkət daxilində, istərsə də daha geniş ictimaiyyət üçün davam etdirmək niyyətindədir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Gənc qadınlar Azercell-in dəstəyilə startap qurur

"Her Improvement" layihəsinin birinci mərhələsi sona çatdı


Şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi nəticəsində Azercell-in intern..

“Azercell Telekom” MMC şəbəkəsinin əhatə dairəsini ən innovativ texnologiyalar vasitəsilə genişləndi..


Yardıma ehtiyacı olan 2000-dən çox qadın 'Qadın Qaynar Xətti'nə müraciət edib..

Azercell-in təşəbbüsü ilə yaradılan qaynar xətt ilk 6 aylıq fəaliyyətinin nəticələrini açıqladı..


Bakıda qızların STEM təhsilinə və gələcək fəaliyyətinə həsr olunmuş festival keç..

QadinFest və “Women in Tech” platformalarının təşkilatçılığı ilə 28-29 yanvar,  saat 12:00-18:00-dək..


Azercell 4G Naxçıvanda!

Lider mobil operator Naxçıvan Muxtar Respublikasını 4G şəbəkəsi ilə əhatə edir


Azercell-in peşəkarları 'İT-Akademiya'sının tələbələri ilə öz təcrübələrini bölü..

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazir..

×