main-post-cover

    Azercell-dən açıqlama

    Digər
    Reklam və Marketinq
    12.03.2022
    Farid Pardashunas
        “Azercell Telekom” MMC abunəçilərini  “WhatsApp” tətbiqi, SMS və digər kanallar üzərindən göndərilən Azercell mobil nömrə satışı təkliflərinə, şübhəli məzmunlu keçidlərə və ismarıclara reaksiya verməməyə çağırır. Bildiririk ki, müvafiq məzmun və saxta təkliflərin Azercell-ə heç bir aidiyyatı yoxdur.
        Yarana biləcək saxtakarlıq və dələduzluq hallarının qarşısını almaq üçün Azercell mobil nömrələrin əldə edilməsi üçün yalnız şirkətin rəsmi www.azercellim.com internet səhifəsinə, eləcə də Azercell Eksklüziv mağazaları və rəsmi diler şəbəkəsinə müraciət etməyi xahiş edir. Eyni zamanda şirkət öz abunəçilərindən şübhəli zənglərə və SMS-lərə cavab verməməyi, qeyri rəsmi internet saytlardan istifadə etməməyi tövsiyə edirş
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər