Azercell-dən avtomatik balans artırılması imkanı

Azercell-dən avtomatik balans artırılması imkanı

Reklam və Marketinq
05.11.2021 PAYLAŞIM

    5 milyondan artıq abunəçinin seçimi olan “Azercell Telekom” istifadəçilərinin həyatını rahatlaşdırmaq üçün yeni texnoloji həlləri hazırlamaqda davam edir. Gündəlik iş və məişət qayğıları bəzən mobil nömrənin balansına vaxtlı-vaxtında nəzarət etməyə əngəl törədir. Məhz bu prosesi sadəlişdirmək üçün Azercell-in təqdim etdiyi növbəti yenilik bütün Azercell Fakturasız Xətt abunəçilərinə öz nömrələrində balansı avtomatik artırmağa imkanını verir.

    Noyabr ayından etibarən Azercell şirkəti “Kapital Bank” ASC-nin “BirBank” mobil tətbiqin daxilində “Mobil nömrənin balansının avtomatik artırılması” xidmətini istifadəyə verməklə abunəçiləri üçün mobil tətbiqə bağlı olan bank kartı hesabından avtomatik qaydada nömrəsinin balansına ödənişləri  həyata keçirməyi mümkün etdi.


    Ödənişləri bir neçə meyara uyğun olaraq tənzimləmək mümkündür. Abunəçi istərsə, ödəniş üçün  müəyyən tarix seçə bilər. Bu zaman hər ay həmin tarixdə nömrənin balansı avtomatik olaraq “Birbank” tətbiqində qeydiyyatda olan bank hesabından artırılacaq. 

    Avtomatik ödəniş üçün digər meyar - mobil nömrənin balansının minimum müəyyən edilmiş həddə çatması ilə bağlıdır. Bu funksiya seçildiyi halda, nömrənin balansı həmin həddə çatdıqda, avtomatik olaraq ödəniş baş tutacaq. 

    Abunəçi avtomatik ödəniş üçün mobil nömrə balansının son istifadə tarixini də seçə bilər. Abunəçilər bu xidməti aktivləşdirmək üçün “BirBank” mobil tətbiqində müvafiq imkanlardan birini seçməlidirlər.  Qeyd edək ki, bu imkan ilk olaraq Azercell Fakturasız Xətt abunəçiləri üçün istifadəyə verilib. 

    Avtomatlaşdırılmış balans artırılması xidmətinin tətbiqi abunəçilərin vaxtına qənaət etməsinə imkan yaradır,  onların işini asanlaşdırır. Artıq abunəçilərin daim balansı izləməsinə, balansın tükənməsi və istifadə imkanın aşılması üzündən xəttin bağlanması kimi məqamlar üçün narahat olmasına lüzum qalmır. Avtomatik ödəniş xidməti aktivləşdirib müvafiq meyarlardan birini seçməklə Azercell Fakturasız Xətt abunəçisi nömrəsinin daim işlək olmasından əmin olacaq. 

    Müştəri məmnuniyyətini öz işinin əsas prinsipi hesab edən Azercell gündəlik həyatı rahatlaşdıran rəqəmsal xidmətlərin çeşidini artırmağı qarşısına məqsəd qoyub. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Fidan Hüseynova İnformatika üzrə beynəlxalq olimpiadada gümüş qazandı

Azercell-in dəstəklədiyi azərbaycanlı şagird beynəlxalq yarışmada yüksək nəticə əldə edib..


Azercell sosial şəbəkələrdə yarışma elan edir

Azərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illiyi münasibətilə xüsusi hədiyyələr oynanılaca..


'Kontakt' yeniyetmə qızlar üçün 'Her Improvement' İnkişaf Proqramına dəstək oldu..

Ölkənin ən qabaqcıl riteyl şəbəkələrindən olan “Kontakt”ın dəstəyi və “FemTech” platformasının təşki..


Əsl 'Black Friday' kampaniyası 'Kontakt'da-70%-DƏK ENDİRİMLƏR

İlin ən böyük qlobal endirim kampaniyası olan “Black Friday” “Kontakt Home”-da başladı!..


Azercell şəhid övladlarıyla yanaşı şəhidlərin həyat yoldaşlarına da təhsil üçün ..

Fəaliyyətə başladığı gündən etibarən sosial layihələri ilə seçilən “Azercell  Telekom” MMC 44 günlük..

×