Azercell-dən Novruza özəl kampaniya!

Azercell-dən Novruza özəl kampaniya!

Reklam və Marketinq
20.03.2022 PAYLAŞIM

    Novruz bayramı münasibətilə Azercell öz abunəçilərinə xoş əhval-ruhiyyəli hədiyyə hazırlayıb. “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq şirkət internetdən çox istifadə edən, sürətli mobil internetə ehtiyacı olan abunəçiləri üçün bayram ərəfəsində Wi-Fi modeminin satışına xüsusi endirim tətbiq edir.

    Novruz kampaniyası çərçivəsində Azercell Wi-Fi cihazı cəmi 99 AZN-ə təqdim edilir. Hədiyyəli aksiya zamanı modemlə yanaşı, abunəçilərə 1 aylıq 30GB həmində internet də hədiyyə olunur. Bu güzəştli kampaniya 31 mart 2022-ci il tarixinə qədər davam edəcək.


    Müasir dizayna malik Azercell Wi-Fi cihazı eyni anda 32-ə qədər qurğunun yüksəksürətli internetə qoşulmasına imkan yaradır. Bu universal modemin köməyilə yalnız smartfonlar deyil, kompüter, noutbuk, planşet, printer, hətta televizoru da şəbəkəyə qoşmaq olar. Bu da ailə üzvlərinin hər birinin öz zövqünə uyğun olaraq eyni anda rahatlıqla internetdən istifadəsini mümkün edir.

    4G və 3G şəbəkələrini dəstəkləyən modem sayəsində 20 metrlik radiusda stabil internetə qoşulmaq mümkündür. Cihazla birgə "Data" tarifinə aid olan fakturasız xətt nömrəsi də təqdim olunur. Birinci ay bu nömrədə 30GB-lıq internet paketindən pulsuz yararlanmaq olar.

    Qeyd edək ki, kampaniya yalnız fakturasız xətt (SimSim) abunəçiləri üçün nəzərdə tutulub. Abunəçilər hədiyyə internet trafiki ilə yanaşı, digər aylıq internet paketlərindən də yararlana bilərlər.

    Kampaniya çərçivəsində endirimli Wi-Fi cihazını istənilən Azercell diler mağazasından əldə etmək mümkündür. Qurğunun texniki parametrləri və kampaniyanın təfərrüatları ilə daha ətraflı məlumatı Azercell-in rəsmi veb-səhifəsindən əldə etmək olar: www.azercell.com 

    Azercell şirkəti hər il sevinc və bərəkətin rəmzi olan Novruz ərəfəsində abunəçilərini bir-birindən maraqlı və sərfəli kampaniyalarla sevindirir. Şirkətin bu ilki Novruz kampaniyası da Azercell abunəçilərinə yaxınları ilə daha çox ünsiyyətdə olmasına, bayram sevincini paylaşmasına imkan verəcək.



DAHA ÇOX


Azercell-in dəstəyi ilə 'Uşaq Paralimpiya kuboku turniri keçirilib

“Azercell Telekom” MMC-nin dəstəyi, Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə Respublika Para..


'Kontakt'ın 'Şeş-qoşa' kampaniyasında 18623 manat uduldu – ELEKTROMOBİL QAZANMAQ..

“Kontakt” mağazalar şəbəkəsinin elan etdiyi “Şeş-qoşa” kampaniyasının cəmi 5 gündür başlamasına baxm..


Çempionatlar oyun sammitində elan edildi

"GameSummit" tədbiri çərçivəsində keçiriləcək oyun çempionatları haqqında məlumatları rəsm..


'Azercell Telekom' MMC-nin Müştəri Məmnuniyyəti Sistemi beynəlxalq qiymətləndirm..

Ölkənin aparıcı mobil operatorunun beynəlxalq ISO 10002:2018 sertifikatına uyğunluğu növbəti dəfə tə..


'Kontakt'da 50%-dək endirimli 'Sevinc cərəyanı' başladı + 'ŞEŞ-QOŞA' AT ELEKTROM..

“Kontakt” bütün mağazalarında eksklüziv fürsətləri özündə birləşdirən “Sevinc cərəyanı” kampaniyasın..


'Azercell Telekom' MMC-nin tərəfdaşları ilə həyata keçirdiyi 'Uşaq Hüquqlarının ..

Silsilə tədbirlərdən ibarət layihə həssas qrupa aid olan uşaqları əhatə etdi

×