Azercell-dən Türkiyədəki abunəçilərinə dəstək!

Azercell-dən Türkiyədəki abunəçilərinə dəstək!

Reklam və Marketinq
01.08.2021 PAYLAŞIM

    Türkiyənin müxtəlif şəhərlərində baş vermiş meşə yanğınları nəticəsində yaranan narahatlığı nəzərə alaraq, Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” MMC bu ölkədə olan abunəçilərinə xüsusi diqqətlə yanaşıb. Belə ki, hazırda Türkiyədə olan abunəçilərin ailələri və yaxınları ilə kəsintisiz rabitə əlaqəsini təmin etmək məqsədilə onların nömrələrinin balansına 10 AZN məbləğində pul vəsaiti yükləyib. Balansartırma həm fakturalı, həm fakturasız xətt sistemlərinə aid bütün nömrələri əhatə edir. 

    Qeyd edək ki, üç gün əvvəl başlayan meşə yanğınları artıq Türkiyənin 20-dən çox vilayətini, xüsusilə də kurort bölgələrini bürüyüb. Hələ də davam edən yanğınlar nəticəsində həlak olanlar, xəsarət alanlar var.


    Azercell şirkəti bu fəlakət nəticəsində həlak olanların yaxınlarına, bütün qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyir. Ən qısa zamanda yanğının qarşısının alınmasını və hadisənin fəsadlarının aradan qaldırılmasını arzulayır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell Mobil Müştəri Xidmətləri Şuşada!

Aparıcı mobil operator işğaldan azad olunmuş Qarabağda müştərilərinə xidmət göstərən ilk şirkət oldu..


Dünya şöhrətli alpinistimiz İsrafil Aşurlı yeni zirvələri fəth etməyə hazırlaşır..

“Azercell Telekom” MMC İsrafil Aşurlının tarixi “Zəfər Tacı” yürüşünün əsas tərəfdaşıdır..


Azercell Ağdamda keçirilən ilk Beynəlxalq elmi-praktik konfransı internet şəbəkə..

Azercell şirkətinin texniki dəstəyilə  konfrans iştirakçıları bütün tədbir boyunca yüksəksürətli int..


Layihə idarəolunması sahəsində profesionallaşmaq üçün 'PMO.az Consulting & ..

 Azərbaycanda son dövrlər layihələrin idarəolunması üzrə mütəxəssislərə geniş tələb yaranıb. Bir çox..


AzDimension 'Aksilon: Artefaktlar haqqında əfsanə - proloq' oyunun buraxıldığını..

AzDimension şirkəti üçün fantastik aləmində RPG janrında olan "Aksilon: Artefaktlar haqqında əf..

×