Logo
    main-post-cover

    Azercell əcnəbi vətəndaşlar və ölkəmizin qonaqları üçün 'Turist' tariflərini təqdim edir

    Reklam və Marketinq
    19.07.2023
    Emil
        “Azercell Telekom” Azərbaycan Respublikasına səfər edən turist və əcnəbi vətəndaşlar üçün yeni yaradılmış tarifləri istifadəyə verir. Xüsusi və unikal təklif çərçivəsində ölkəmizin qonaqları 3 tarif paketdən birini seçib pulsuz nömrə əldə edəcəklər: Turist Paketi Xoş Gəldin, Turist Paketi Super, Turist Paketi Maks. Qiyməti 39 AZN-dən başlayan tarif paketlərinə ölkədaxili və beynəlxalq dəqiqələr, internetlə yanaşı, sosial şəbəkələr üçün əlavə internet trafik də daxildir.
        Hər üç tarif paketdə təqdim olunan sosial şəbəkələr üçün internet trafik WhatsApp, Facebook, Instagram, Snapchat və TikTok tətbiqlərində istifadə oluna bilər. 
        Paketlərə Azercell-in satış və xidmət mərkəzlərində qoşulmaq mümkündür. 
        Tariflər barədə ətraflı məlumatı https://bit.ly/tourist-pack ünvanında əldə  etmək olar.
    Paylaş
    Bənzər xəbərlər