Azercell ilə 'Yeni bağlar həyata bağlar'

Azercell ilə 'Yeni bağlar həyata bağlar'

Reklam və Marketinq
18.11.2022 PAYLAŞIM

    18 noyabr tarixində Bilgəh qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində “Azercell Telekom” tərəfindən həyata keçirilən yeni sosial layihənin təqdimatı baş tutdu. Lider operatorun əməkdaşlarından ibarət “Azercell Könüllüləri” qrupu və Azeronline şirkətinin dəstəyi ilə reallaşan layihə Azercell şirkətinin “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!” strateji məqsədinə bilavasitə bağlıdır və yaşından, sosial statusundan asılı olmayaraq bütün vətəndaşlar üçün bərabər rabitə imkanları yaratmaq, onlar üçün sürətli bağlantını və mobil interneti əlçatan etmək məqsədini daşıyır.


    Layihə çərçivəsində Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində məskunlaşan 200-ə yaxın təqaüdçünün artıq yüksəksürətli internetdən rahat şəkildə yararlanmaq imkanı olacaq. Belə ki, şirkətin dəstəyilə müəssisənin əsas korpusunun dörd məntəqəsində Azeronline internet xətti çəkilib və əlavə olaraq 4G wifi cihazı hədiyyə edilib ki, bu da korpusda rahat şəkildə internetdən istifadə etməyə şərait yaradacaq. Əlavə olaraq, müəssisəyə hər ay yenilənən 25 GB internet paketi və internetin bəxş etdiyi üstünlüklərdən əyani şəkildə yararlanmağa imkan verəcək laptoplar, qulaqlıqlar və planşet cihazları da hədiyyə edilib.

    Qeyd edək ki, müəssisənin sakinləri üçün Azercell Könüllüləri və şirkətin texniki əməkdaşları tərəfindən avadanlıqlar və internetdən istifadə ilə bağlı xüsusi təlimat proqramı da təşkil olunub. Müəssisəyə xüsusi ezam olunan Azercell Mobil Müştəri Xidmətləri isə sakinlərin mobil nömrə ilə bağlı əməliyyatlarını yerində həyata keçirməyə və bütün suallarını cavablamağa dəstək olub.  

    Azercell-in bu sosial təşəbbüsü əlçatan və sürətli internet vasitəsilə ahıl yaşlı vətəndaşlarımızın həyatını daha aktiv və rəngarəng etməyə, onların həm yaxınları ilə ünsiyyətini, həm də xəbər portallarından, əyləncə kanallarından rahat istifadəsini təmin etməyə istiqamətlənib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azərbaycan regionları üçün unikal fürsət: İnnovasiya və Rəqəmsal İnkişaf Agentli..

Ölkə tarixində ilk dəfə olaraq regionlarda yaşayan gənclər öz şəhərlərini tərk etmədən rəqəmsal sahə..


Kapital Bank daha bir texnoloji ödəniş üsulu təqdim etdi

Kapital Bank nağdsız ödənişlərin inkişafı istiqamətində yeni texnoloji yeniliyi təqdim edir. ..


Dünya Çempionatını izləmək üçün bazarın ən yaxşı televizorları hansılardır?..

Yeni televizor almaq ideyası əyləncəli olsa da, növbə seçim etməyə gələndə insanın fikri qarışır. ..


Azercell kampaniyaları 'Felis Azərbaycan'da 9 mükafat qazandı!

Şirkətin həyata keçirdiyi üç marketinq kampaniyası müxtəlif nominasiyalar üzrə mükafata layiq görülü..


'AZERCELL CUP' müsabiqəsinin birinci mərhələsi başa çatıb

İnformatika və Proqramlaşdırma yarışında müsbət nəticə göstərən şagirdlər növbəti tura vəsiqə qazanı..


Ev, avtomobil və ya digər qiymətli hədiyyələri necə qazanmaq olar?

Xəbər verdiyimiz kimi, bütün növ Birbank (həmçinin BirKart) kart sahibləri üçün uduşlu lotereya keçi..

×