Azercell-in baş sponsorluğu ilə keçirilən 'GSMA M360' tədbiri telekommunikasiya sahəsinin qlobal trendlərini  və qabaqcıl təcrübələrini Azərbaycanın texnologiya mütəxəssisləri ilə bölüşür

Azercell-in baş sponsorluğu ilə keçirilən 'GSMA M360' tədbiri telekommunikasiya sahəsinin qlobal trendlərini və qabaqcıl təcrübələrini Azərbaycanın texnologiya mütəxəssisləri ilə bölüşür

Reklam və Marketinq
17.05.2023 PAYLAŞIM

    Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı və ölkənin lider mobil operatoru  Azercell-in baş sponsorluğu ilə 16-17 may tarixlərində Bakıda keçirilən "M360 Eurasia" tədbiri mobil telekommunikasiya və rəqəmsal texnologiyalar sahəsində çalışan  regional və qlobal ekspertləri bir araya gətirir. Beynəlxalq konfrans sənayenin əsas tendensiyaları, imkan və çağırışları ətrafında müzakirələr aparmaq üçün unikal platforma yaradır.

    Eyni zamanda, Azərbaycanda ilk dəfə təşkil edilən bu tədbir 4G şəbəkəsinin tətbiqi ilə yanaşı, 5G texnologiyasının da ölkə ərazisində uğurla sınaqdan keçirildiyini gündəmə gətirir. Bununla da Azərbaycanın regionda rəqəmsal mərkəzə çevrilmək niyyətini beynəlxalq müstəvidə daha da gücləndirir. 


    İkigünlük konfransla yanaşı, “GSMA M360 Eurasia 2023” təşkilatçıları Azərbaycan auditoriyası üçün xüsusi proqramlar da həyata keçirir. Belə ki, konfransdan bir gün öncə may ayının 15-də ölkənin hökumət nümayəndələri və telekommunikasiya sahəsinin aparıcı ekspertləri üçün peşəkar bacarıqların inkişafına dair "Mobil telekommunikasiya spektrinin idarə olunması" adlı seminar təşkil edilib. 

Seminar aşağıdakı mövzuları əhatə edib:

- Mobil cihazlar üçün spektr lisenziyası 

- Spektr siyasəti haqqında mülahizələr 

- ​İnvestisiyaların təşviqi 

- Spektr monitorinqi 

- ​Mobil rabitədə zolaq genişliyinin təmin edilməsi üçün rəqəmsal dividenddən istifadə 

- Nəqletmə üçün spektr 

- Dəyişən mobil mühitdə tənzimləmə 

- Əşyaların interneti (IoT) üçün spektr 

- 5G-li gələcəyə doğru 

    Qeyd edək ki, "GSMA M360 Eurasia 2023" beynəlxalq telekommunikasiya tədbiri Azərbaycanda "Four Seasons” otelində keçirilir.  Konfrans gələcək inkişaf üçün rəqəmsal davamlılıq, müştəri vertikalının gücləndirilməsi, 5G və infrastrukturun gələcəyi, Əşyaların İnterneti, Süni İntellekt və Maşın Öyrənməsi, Fintek,  kibertəhlükəsizlik kimi bir sıra aktual mövzularda məruzəçilərin çıxışını və dinamik panel müzakirələrini əhatə edir.



DAHA ÇOX


Çempionatlar oyun sammitində elan edildi

"GameSummit" tədbiri çərçivəsində keçiriləcək oyun çempionatları haqqında məlumatları rəsm..


'Azercell Telekom' MMC-nin Müştəri Məmnuniyyəti Sistemi beynəlxalq qiymətləndirm..

Ölkənin aparıcı mobil operatorunun beynəlxalq ISO 10002:2018 sertifikatına uyğunluğu növbəti dəfə tə..


'Kontakt'da 50%-dək endirimli 'Sevinc cərəyanı' başladı + 'ŞEŞ-QOŞA' AT ELEKTROM..

“Kontakt” bütün mağazalarında eksklüziv fürsətləri özündə birləşdirən “Sevinc cərəyanı” kampaniyasın..


'Azercell Telekom' MMC-nin tərəfdaşları ilə həyata keçirdiyi 'Uşaq Hüquqlarının ..

Silsilə tədbirlərdən ibarət layihə həssas qrupa aid olan uşaqları əhatə etdi


Azercell-in dəstəyi ilə keçirilən 'Her Improvement' layihəsi gənc qadınları texn..

Uzunmüddətli layihənin finalında iştirakçılar öz startaplarını münsiflər heyətinə təqdim etdilər..


İnnovativ mükəmməlliyin tanınması: Samsung 17-ci ildir ki, qlobal TV bazarına l..

Texniki təcrübəsi və sənayedə qabaqcıl yenilikləri ilə Samsung Electronics qlobal bazarda liderliyi ..

×