Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt”i Stokholm konfransında təmsil olunur

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt”i Stokholm konfransında təmsil olunur

Reklam və Marketinq
28.09.2022 PAYLAŞIM

    2010-cu ildən “Azercell Telekom”un dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt”i Uşaq Qaynar Xəttlərinin 10-cu beynəlxalq məsləhətləşmə konfransında iştirak edib.

    27-29 Sentyabr 2022-ci il tarixlərində Stokholmda baş tutan konfransda xidmətin direktoru Kəmalə Aşumova təşkilatın zəng və müraciətlərə təcili və effektli cavabvermə təcrübəsini bölüşüb. O, auditoriyanı xidmətin qısa nömrəsi olan 116111 və 24/7 rejimdə çalışaraq ehtiyacı olan uşaqlara  dəstək verən mobil tətbiqlər haqqında məlumatlandırıb. 


    Eləcə də iştirakçılara Uşaq Qaynar Xəttinin təxirəsalınmaz onlayn, ardınca üzbəüz konsultasiyaları və fərdi şəkildə hazırlanan reabilitasiya planları haqqında məlumat verilib. Xidmətin direktoru bu istiqamətdə davamlılığı təmin etmək üçün böyük kommersiya şirkətləri ilə əməkdaşlığın önəmini də vurğulayaraq, Azercell-lə onillik əməkdaşlığı uğurlu nümunə kimi göstərib.

    Bundan əlavə, Azərbaycan Uşaq Qaynar Xətti konfrans çərçivəsində baş tutan sərgidə çap və rəqəmsal materiallarını təqdim edib.

    10-cu Beynəlxalq Uşaq Qaynar Xətt Konsultasiyasında əsas diqqət xüsusilə Covid-19 və kəskin böhran durumlarından biri olan müharibələr zamanı uşaq və gənclərin mental sağlamlığına yönəldilib. İsveç Kraliçası Əlahəzrət Silvia-nın açılış nitqi ilə çıxış etdiyi konfransda İsveç Uşaq Qaynar Xətti üzvlərinin rəylərinə əsasən, bütün dünyada uşaqların Qaynar Xəttə əsas müraciət etmə səbəbləri psixi sağlamlıq və şiddətlə bağlı olaraq qalır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


'Qadınlara və Qızlara Qarşı Gender əsaslı Zorakılıqla Mübarizə üzrə Fəallıq Kamp..

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Azercell Telekom” MMC və “Ümidli Gələcək” Sos..


Azercell və ADA Universiteti tərəfdaşlıq münasibətlərinin 10 illiyini qeyd edir..

Yeni əməkdaşlıq müqaviləsi çərçivəsində ölkənin lider mobil operatoru və ADA Universiteti dayanıqlı ..


Məktəblilərimiz İnformatika üzrə payız turnirində uğurla çıxış ediblər..

Azercell-dən informatika və kompüter elmləri sahəsində məktəb təhsilinə dəstək öz bəhrəsini verir..


Azərbaycanın ilk Vençur Kapital Fondu – 'Caucasus Ventures' yaradıldı

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “PAŞA Holdinq” Şirkətlər Qrupu və fərdi investorların işti..


İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində 'Açıq Məlumatlar Portalı'nın təqdima..

Portalın yenilənmiş versiyasında bir neçə dövlət qurumunun 20 kateqoriya və 500-dən çox xidmətlə bağ..


Azərbaycan regionları üçün unikal fürsət: İnnovasiya və Rəqəmsal İnkişaf Agentli..

Ölkə tarixində ilk dəfə olaraq regionlarda yaşayan gənclər öz şəhərlərini tərk etmədən rəqəmsal sahə..

×