Reklam
Azercell-in dəstəyi ilə Vətən müharibəsi qaziləri və şəhid övladları üçün keçirilən peşə təlimləri başa çatıb

Azercell-in dəstəyi ilə Vətən müharibəsi qaziləri və şəhid övladları üçün keçirilən peşə təlimləri başa çatıb

Reklam və Marketinq
13.07.2022 PAYLAŞIM

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycanda Amerika Ticarət Palatası İctimai Birliyinin (AmCham Azərbaycan), “Azercell Telekom” MMC-nin və Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin (JA Azərbaycan) tərəfdaşlığı ilə Vətən müharibəsi  qaziləri və şəhid övladları üçün həyata keçirilən  sosial təşəbbüs başa çatıb. İyulun 6-da Marriot Boulevard oteldə baş tutan mərasimdə layihə çərçivəsində peşə istiqamətini seçməyə və peşəkar potensiallarını reallaşdırmağa yönəlmiş təlimlərə qatılan proqram iştirakçılarına xüsusi sertifikatlar təqdim edilib. 


    Qeyd edək ki, iştirakçılar 6 ay boyunca onlayn şəkildə təşkil edilən ingilis dili və kompüter kurslarına cəlb olunub, xüsusilə fərqlənən gənclər isə ölkənin aparıcı şirkətlərində təcrübə keçmək imkanı qazanıblar. Layihənin rəqəmsal tərəfdaşı Azercell proqram iştirakçılarını datakart və yüksəksürətli mobil internet xidmətləri ilə təmin edib. 

    Tədbirdə çıxış edən Azercell-in Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova bildirdi: “Şirkətimiz şəhid və qazi ailələrinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən dövlət proqramlarını  daima dəstəkləməyə çalışır,  2-ci Qarabağ müharibəsi zamanı və ondan sonrakı dövrdə bu cür layihələrin  təşəbbüskarı və dəstəkçisi olmaqdan şərəf duyur”. 

    Xatırladaq ki,  təlimlər  “Celt Colleges” və “JA Azərbaycan”ın peşəkarları tərəfindən həyata keçirilib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


'Kontakt'ın 'Böyük Ad Günü Festivalı' və böyük endirimlər başlayır

Kiçik mağazadan ölkənin ən böyük riteyl şəbəkələrindən birinə çevrilən “Kontakt” sevginizlə bir yaş ..


Hər kəsin uzun zamandır gözlədiyi təqdimat: “Samsung” növbəti dəfə təəccübləndir..

Bir çox smartfonun yeniliklərə, imkanlara və istifadəçilərin ehtiyaclarının ödənməsi ilə bağlı inkiş..


Azercell-dən açıqlama

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə..


Musiqi hər yerdə! “Bang & Olufsen” akustika sistemləri haqqında – Foto..

Bu gün hər birimizin həyatının ayrılmaz hissəsinə çevrilən musiqini dinləməyi sevməyən insan çətin t..


Külək olmadan sərinlə: WindFree™ texnologiyası bizim həyatımıza necə təsir edir?..

Yay fəsli gəldikdə insanlar istirahətdən əlavə, həm də “Kondisioner qripi”nə də tutulmamaq haqqında ..


Azercell şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsi üzrə genişmiqyaslı ..

Operatorun abunəçiləri harada olduqlarından asılı olmayaraq yüksəksürətli və keyfiyyətli mobil inte..

×