Azercell-in günəş enerjisi ilə çalışan baza stansiyaları Qarabağda!

Azercell-in günəş enerjisi ilə çalışan baza stansiyaları Qarabağda!

Reklam və Marketinq
14.10.2022 PAYLAŞIM

    "Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik" strateji məqsədinə sadiq qalan Azercell öz şəbəkəsini bütün ölkə üzrə genişləndirməyə və modernləşdirməyə davam edir. Bu irimiqyaslı layihənin növbəti mərhələsində lider mobil operator ekoloji cəhətdən təmiz texnologiyalar tətbiq etməklə "yaşıl enerji" rejiminə keçir.

    İşğaldan azad edilmiş ərazilərdəki baza stansiyalarının modifikasiyası üçün bərpa olunan enerjidən istifadə edən Azercell Qarabağda günəş enerjisi ilə işləyən ilk LTE baza stansiyalarını istifadəyə verir. Belə ki, lider mobil operator Qubadlıda və Cəbrayılda daha öncə dizel generatoru ilə çalışan baza stansiyalarını günəş panelləri ilə təchiz edib. Artıq həmin baza stansiyaların enerji tələbatının 60%-i günəş enerjisi hesabına qarşılanır. Bu da, öz növbəsində, ekoloji baxımdan daha “yaşıl” istismarı təmin edərək əraf mühitə buraxılan emissiyanın və enerji sərfiyyatının  azalmasına səbəb olur.


    Ümumilikdə, Azercell 2023-cü ilin sonuna kimi Qarabağda günəş enerjisinə əsaslanan 35 baza stansiyasını istifadəyə verməyi planlaşdırır. Qeyd edək ki, şirkət artıq Qobustan və Tovuzda da  "yaşıl enerji" ilə çalışan baza stansiyaları quraşdırıb.

    Bu ilin avqust ayından etibarən Azercell Bakıda və Abşeronda 21 yeni baza stansiyası quraşdırıb, Qubadlı, Hadrut qəsəbəsi, Cəbrayıl, Zəngilan, Tərtər, Beyləqan, Ağcabədi, Lerik, Qusar, Quba, Füzuli, Astara, Şəki, Yardımlı, Qax, Göyçay və Lənkəranda 490 baza stansiyasında isə təkmilləşdirmə işləri aparıb.

    Layihə çərçivəsində lider mobil operator Azərbaycanda 300-dən çox yeni baza stansiyasını istismara verəcək və 1600-ə yaxın mövcud baza stansiyasını təkmilləşdirəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Gənc qadınlar Azercell-in dəstəyilə startap qurur

"Her Improvement" layihəsinin birinci mərhələsi sona çatdı


Şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi nəticəsində Azercell-in intern..

“Azercell Telekom” MMC şəbəkəsinin əhatə dairəsini ən innovativ texnologiyalar vasitəsilə genişləndi..


Yardıma ehtiyacı olan 2000-dən çox qadın 'Qadın Qaynar Xətti'nə müraciət edib..

Azercell-in təşəbbüsü ilə yaradılan qaynar xətt ilk 6 aylıq fəaliyyətinin nəticələrini açıqladı..


Bakıda qızların STEM təhsilinə və gələcək fəaliyyətinə həsr olunmuş festival keç..

QadinFest və “Women in Tech” platformalarının təşkilatçılığı ilə 28-29 yanvar,  saat 12:00-18:00-dək..


Azercell 4G Naxçıvanda!

Lider mobil operator Naxçıvan Muxtar Respublikasını 4G şəbəkəsi ilə əhatə edir


Azercell-in peşəkarları 'İT-Akademiya'sının tələbələri ilə öz təcrübələrini bölü..

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazir..

×