main-post-cover

    Azercell-in 'İdeya İnkubasiyası Proqramı' çərçivəsində ADA tələbələri innovativ ideyalarının inkişafı üzərində işə başlayır!

    Digər
    Reklam və Marketinq
    11.09.2023
    Emil Nəcəfov
        “Azercell Telekom” MMC-nin ADA Universiteti Fondu (Azərbaycan) və ADA Universitetilə əməkdaşlıqda həyata keçirdiyi İdeya İnkubasiyası Proqramı”nın seçim mərhələsi bitib. Proqram sayəsində innovativ ideyalarını inkişaf etdirərək növbəti səviyyəyə qaldırmaq, startap qurmaq istəyi olan 20 komanda qeydiyyatdan keçib. 
        “İdeya İnkubasiyası Proqramı” çərçivəsində tələbələr mentorluq sessiyalarında, yerli və xarici mütəxəssislərin seminarlarında iştirak edib, peşəkar mentorlarla seçilmiş mövzular üzərində işə başlayacaqlar. Mentorlar sırasında Azercell-in Məhsul İdarəetmə şöbəsinin rəhbəri Nərgiz Tağızadə, Rəqəmsal Həllər və Partnyorluq şöbəsinin rəhbəri Svetlana Ağalarova, Dataların Modelləşdirilməsi şöbəsinin rəhbəri Zaur Hüseynov da yer alıblar. Sessiyalar “Biznesin diversifikasiyalaşdırılması strategiyası: Azercell-in yeni Fintech biznes istiqaməti”, “Təhsil və idman sahəsində texnoloji həllər”, “Data Science sahəsinin telekom sektorunda rolu və təsiri”, “Azərbaycan dili üçün qrafem-fonem modelinin yaradılması”, “Müştəri itkisinin aşkarlanması” və s. kimi mövzuları əhatə edəcək. Komandaların xüsusi mentorlarla təmin olunması onların təcrübələrini və ideyalarını real məhsullara, hətta müəssisələrə çevirmək şanslarını xeyli artıracaq.
        “Azercell Telekom”la əməkdaşlığı universitet-özəl sektor əlaqələrində nümunə kimi dəyərləndirən ADA Universiteti Fondunun (Azərbaycan) prezidenti Natiq Hacıyev “bu əməkdaşlığın tələbələrin elmi inkişafına xidmət etdiyi, özəl sektorun isə bu birgə fəaliyyət vasitəsilə rəqabətədavamlı gənclərlə peşəkar əlaqələr qurduğu, insan resursları bazasını gücləndirdiyi” qənaətindədir.
        Proqramın sonunda qalib komandalar pul mükafatı qazanacaq, Azercell şirkətində təcrübə proqramı keçmək şansı əldə edəcəklər. 
        Azercell ölkənin startap ekosisteminin inkişafı istiqamətində gənc istedadları dəstəkləyir, onlara sahibkar kimi uğur qazanmaq üçün geniş imkanlar təklif edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər