Azercell müştərilərinin mobil internetdən istifadə həcmi 30% artıb!

Azercell müştərilərinin mobil internetdən istifadə həcmi 30% artıb!

Reklam və Marketinq
09.12.2022 PAYLAŞIM

    Cari ilin avqust ayında şəbəkəsinin modernləşdirilməsi və genişləndirilməsi üzrə genişmiqyaslı layihəyə start verən Azercell bu istiqamətdə aparılan işləri davam etdirir. 

    Layihənin növbəti mərhələsini uğurla başa vuran şirkət Bakı və Abşeron ərazisində 38, bölgələrdə isə 19 yeni baza stansiyasını quraşdırıb, ölkə üzrə 900-dən çox baza stansiyasında təkmilləşdirmə işləri aparıb. Yeni quraşdırılan baza stansiyalar Göycay, Astara, Ağdaş, Qusar, Yardımlı, Kürdəmir, İsmayıllı, Şəki,  Şabran və Qəbələ zonalarını əhatə edib. Görülən tədbirlərin və şəbəkə tutumunun artması nəticəsində cari ilin üçüncü kvartalında ötən ilin müvafiq dövrü ilə müqayisədə internet trafikinin həcmində 30% artım müşahidə edilib. 


    İşğaldan azad olunmuş torpaqlarda da keyfiyyətli mobil rabitə şəbəkəsinin genişləndirilməsini prioritet hesab edən Azercell bu ərazilərdə 3 yeni baza stansiyasını təqdim edib, 60-a yaxın baza stansiyasında təkmilləşdirmə işləri aparıb. 

    Qeyd edək ki, hazırda işğaldan azad olunmuş Qarabağda  Azercell-in 90-dan çox baza stansiyası fəaliyyət göstərir və Azercell şəbəkəsi  Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcər rayonlarını, İstisu, Hadrut, Suqovuşan qəsəbələrini, həmçinin Xocavənd və digər rayonların kəndlərini öz şəbəkəsi ilə əhatə edir. Təkcə Laçın rayonunda mobil operator 10-dan çox baza stansiyası quraşdırıb və Zabux, Sus, eləcə də digər kəndlərdə mobil rabitə xidmətləri göstərir.  

    Paralel olaraq, Azercell  Qarabağda ətraf mühitin qorunması maqsədilə “yaşıl” texnologiyaların tətbiqinə davam edir və 2023-cü ilin sonunadək bu  ərazilərdə günəş enerjisinə əsaslanan 35 baza stansiyasını istismara verməyi planlaşdırır. “Yaşıl”  stansiyalardan ikisi artıq Qubadlı və Cəbrayılda istifadəyə verilib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Gənc qadınlar Azercell-in dəstəyilə startap qurur

"Her Improvement" layihəsinin birinci mərhələsi sona çatdı


Şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi nəticəsində Azercell-in intern..

“Azercell Telekom” MMC şəbəkəsinin əhatə dairəsini ən innovativ texnologiyalar vasitəsilə genişləndi..


Yardıma ehtiyacı olan 2000-dən çox qadın 'Qadın Qaynar Xətti'nə müraciət edib..

Azercell-in təşəbbüsü ilə yaradılan qaynar xətt ilk 6 aylıq fəaliyyətinin nəticələrini açıqladı..


Bakıda qızların STEM təhsilinə və gələcək fəaliyyətinə həsr olunmuş festival keç..

QadinFest və “Women in Tech” platformalarının təşkilatçılığı ilə 28-29 yanvar,  saat 12:00-18:00-dək..


Azercell 4G Naxçıvanda!

Lider mobil operator Naxçıvan Muxtar Respublikasını 4G şəbəkəsi ilə əhatə edir


Azercell-in peşəkarları 'İT-Akademiya'sının tələbələri ilə öz təcrübələrini bölü..

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazir..

×