Azercell ölkənin qadın liderlərini bir araya gətirir

Azercell ölkənin qadın liderlərini bir araya gətirir

Reklam və Marketinq
12.05.2023 PAYLAŞIM

    Azercell 5-ci dəfə Azərbaycanda keçirilən “SHE (Smart, Happy, Equal) Congress” beynəlxalq qadın konqresinin əsas tərəfdaşı qismində çıxış edəcək. Ölkənin və regionun lider qadınlarını bir araya gətirən bu tədbir iştirakçılara ünsiyyət qurmaq, peşəkar bacarıqlarını inkişaf etdirmək, təcrübə mübadiləsi aparmaq, qadın sahibkarlar və müxtəlif təşkilatların rəhbərləri ilə tanış olmaq üçün unikal  platforma yaradır. 

    Qeyd edək ki, fəaliyyəti boyu qadınlara dəstək olan Azercell şirkəti onları gücləndirən, müxtəlif sahələr, xüsusilə də informasiya kommunikasiya texnologiyaları üzrə bilik və  bacarıqlarını, karyera imkanlarını  artıran çoxsaylı proqramlar həyata keçirir. Konfransda əsas məruzəçilərdən biri kimi çıxış edən  şirkətin Hüquq, Etika və Komlayens departamentinin direktoru Şirin Əliyeva Azercell-in bu sahədə qabaqcıl təcrübəsini tədbir iştirakçıları ilə bölüşəcək.


    17 may 2023-cü il tarixində Bakıda JW Marriott ABSHERON otelində “ÖZ HƏYATINA SAHİB OL” ("OWN YOUR LIFE") şüarı altında baş tutacaq konfransda qadınların liderlik və peşəkar bacarıqlarının inkişafına yönəlmiş panel müzakirələri, dinamik sessiyalar və seminarlar təşkil olunacaq. 

    Tədbir haqqında əlavə məlumatı https://www.facebook.com/events/1283009022288235/ səhifəsində əldə etmək mümkündür.



DAHA ÇOX


'Kontakt'ın 'Şeş-qoşa' kampaniyasında 18623 manat uduldu – ELEKTROMOBİL QAZANMAQ..

“Kontakt” mağazalar şəbəkəsinin elan etdiyi “Şeş-qoşa” kampaniyasının cəmi 5 gündür başlamasına baxm..


Çempionatlar oyun sammitində elan edildi

"GameSummit" tədbiri çərçivəsində keçiriləcək oyun çempionatları haqqında məlumatları rəsm..


'Azercell Telekom' MMC-nin Müştəri Məmnuniyyəti Sistemi beynəlxalq qiymətləndirm..

Ölkənin aparıcı mobil operatorunun beynəlxalq ISO 10002:2018 sertifikatına uyğunluğu növbəti dəfə tə..


'Kontakt'da 50%-dək endirimli 'Sevinc cərəyanı' başladı + 'ŞEŞ-QOŞA' AT ELEKTROM..

“Kontakt” bütün mağazalarında eksklüziv fürsətləri özündə birləşdirən “Sevinc cərəyanı” kampaniyasın..


'Azercell Telekom' MMC-nin tərəfdaşları ilə həyata keçirdiyi 'Uşaq Hüquqlarının ..

Silsilə tədbirlərdən ibarət layihə həssas qrupa aid olan uşaqları əhatə etdi


Azercell-in dəstəyi ilə keçirilən 'Her Improvement' layihəsi gənc qadınları texn..

Uzunmüddətli layihənin finalında iştirakçılar öz startaplarını münsiflər heyətinə təqdim etdilər..

×