Azercell qalib jurnalistləri mükafatlandırdı

Azercell qalib jurnalistləri mükafatlandırdı

Reklam və Marketinq
11.10.2022 PAYLAŞIM

    “Azercell Telekom”-un KİV nümayəndələrinin inkişafına və onların beynəlxalq mənbələrdən sərbəst istifadəsinə dəstək olmaq üçün təşkil etdiyi ingilis dili kurslarının növbəti raundu sona çatdı. 

    “Language Solutions” tədris mərkəzi ilə əməkdaşlıqda təşkil olunan təlimlər zamanı mətbuat nümayəndələrinə qrammatika, danışıq, dinləmə və yazı qabiliyyəti üzrə ingilis dili biliklərini gücləndirmək imkanı yaradıldı. Media işçilərinin iştirakı ilə Azercell şirkətinin baş ofisində keçirilmiş mükafatlandırma mərasimində kurslarda ən çox fəallıq göstərmiş üç jurnalistə rəqəmsal hədiyyələr təqdim olunub.  


    Qeyd edək ki, Azercell 14 ildən artıq bir müddət ərzində jurnalistlər üçün pulsuz xarici dil kursları təşkil edir. İndiyədək yüzlərlə KİV nümayəndəsi ingilis dili üzrə ixtisaslaşmış kurslarda iştirak edib. Bundan əlavə, media sahəsində baş verən yenilik və trendlərlə yerli jurnalistləri tanış etmək, eləcə də, təcrübə mübadiləsi məqsədilə şirkət tərəfindən mütəmadi olaraq xaricdən dəvət olunmuş tanınmış təlimçilərin maraqlı mövzularda seminar və təlimləri təşkil olunur. 

    Azərbaycan mediasını hər zaman dəstəkləmək vədinə sadiq qalan Azercell-in KİV nümayəndələri üçün xüsusi təqdim etdiyi “Mediacell” tarifin paketindən bütün ölkə boyunca artıq 10 000-ə yaxın jurnalist yararlanaraq güzəştli şərtlərlə mobil xidmətlərdən istifadə edir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Gənc qadınlar Azercell-in dəstəyilə startap qurur

"Her Improvement" layihəsinin birinci mərhələsi sona çatdı


Şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi nəticəsində Azercell-in intern..

“Azercell Telekom” MMC şəbəkəsinin əhatə dairəsini ən innovativ texnologiyalar vasitəsilə genişləndi..


Yardıma ehtiyacı olan 2000-dən çox qadın 'Qadın Qaynar Xətti'nə müraciət edib..

Azercell-in təşəbbüsü ilə yaradılan qaynar xətt ilk 6 aylıq fəaliyyətinin nəticələrini açıqladı..


Bakıda qızların STEM təhsilinə və gələcək fəaliyyətinə həsr olunmuş festival keç..

QadinFest və “Women in Tech” platformalarının təşkilatçılığı ilə 28-29 yanvar,  saat 12:00-18:00-dək..


Azercell 4G Naxçıvanda!

Lider mobil operator Naxçıvan Muxtar Respublikasını 4G şəbəkəsi ilə əhatə edir


Azercell-in peşəkarları 'İT-Akademiya'sının tələbələri ilə öz təcrübələrini bölü..

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazir..

×