Reklam
Azercell Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi 94% təşkil edir

Azercell Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi 94% təşkil edir

Reklam və Marketinq
28.07.2022 PAYLAŞIM

    5 milyon abunəçinin seçimi olan “Azercell Telekom” MMC “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə uyğun olaraq müştərilərinə müxtəlif platformalar üzərindən yüksək səviyyəli xidmət göstərməyə davam edir. 

    Cari ilin birinci yarısının nəticələrinə əsasən Azercell Telefon Mərkəzinin müştəri məmnuniyyəti səviyyəsi 94% təşkil edib.  Telefon mərkəzinə daxil olmuş 1.4 milyon zəng ortalama  ilə 2 dəqiqə ərzində cavablandırılıb ki, bu da dünyada qəbul edilmiş 6 dəqiqə 10 saniyə standartı ilə müqayisədə  çox yüksək göstəricidir. 


    Şirkət daha 500 minə yaxın sorğunu onlayn müştəri xidmətləri vasitəsilə, 125 minə yaxın  müraciəti isə Azercell-in rəsmi Facebook, Instagram, Twitter, LinkedIn və YouTube səhifələri üzərindən qəbul edərək operativ şəkildə cavablandırıb. 

    Eyni zamanda,  sözügedən dövr ərzində Azercell-in Ön Masa, Azercell Ekspres, Azercell Eksklüziv ofisləri, eləcə də Mobil Müştəri Xidmətləri vasitəsilə 400 minə yaxın abunəçiyə üz-üzə xidmət göstərilib.  

    Müştəri müraciətləri əsasən mobil internet xidmətləri, balans haqqında məlumat, ödəmə qaydaları və  xidmətlərə qoşulma ilə bağlı olub. 

    Xatırladaq ki, Azercell müştərilərə göstərilən xidmət səviyyəsi və  müraciətlərin cavablandırılması üzrə dəfələrlə beynəlxalq sertifikatlara layiq görülüb.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


'Kontakt'ın 'Böyük Ad Günü Festivalı' və böyük endirimlər başlayır

Kiçik mağazadan ölkənin ən böyük riteyl şəbəkələrindən birinə çevrilən “Kontakt” sevginizlə bir yaş ..


Hər kəsin uzun zamandır gözlədiyi təqdimat: “Samsung” növbəti dəfə təəccübləndir..

Bir çox smartfonun yeniliklərə, imkanlara və istifadəçilərin ehtiyaclarının ödənməsi ilə bağlı inkiş..


Azercell-dən açıqlama

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə..


Musiqi hər yerdə! “Bang & Olufsen” akustika sistemləri haqqında – Foto..

Bu gün hər birimizin həyatının ayrılmaz hissəsinə çevrilən musiqini dinləməyi sevməyən insan çətin t..


Külək olmadan sərinlə: WindFree™ texnologiyası bizim həyatımıza necə təsir edir?..

Yay fəsli gəldikdə insanlar istirahətdən əlavə, həm də “Kondisioner qripi”nə də tutulmamaq haqqında ..


Azercell şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsi üzrə genişmiqyaslı ..

Operatorun abunəçiləri harada olduqlarından asılı olmayaraq yüksəksürətli və keyfiyyətli mobil inte..

×