Azercell 'Virtual Məktəb' layihəsinə növbəti töhfəsini verir!

Azercell 'Virtual Məktəb' layihəsinə növbəti töhfəsini verir!

Reklam və Marketinq
07.01.2021 PAYLAŞIM

    Artıq Azercell abunəçiləri distant dərslərə daha rahat qatılacaq! Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC Azərbaycan Respublikası Təhsil Nazirliyinin çağırışına çevik cavab verərək pandemiya dönəmində “Microsoft Teams” platforması üzərindən distant təhsil alan şagird və tələbələri, eləcə də distant iş rejimində çalışan müəllimləri “Təhsil” internet paketi ilə sevindirir.

    Azercell “Təhsil” internet paketi çərçivəsində “Microsoft Teams” tətbiqindən bütün əməliyyat platformalarında və istənilən veb-brauzerdə eksklüziv şərtlərlə yararlanmaq imkanı verir. Beləliklə, Azercell abunəçilərinə bu tətbiqdən istifadə etmək üçün 10 GB həcmində interneti gündə cəmi 0,70 AZN-ə, 100 GB həcmində interneti isə ayda cəmi 9,90 AZN-ə təklif edir. Günlük paketə qoşulmaq üçün “tehsil1” açar sözünü, aylıq internet paketi üçün isə “tehsil30” açar sözünü 2525 qısa nömrəsinə göndərmək kifayətdir.  Həmçinin internet paketləri Azercell-in çoxfunksional “Kabinetim” tətbiqi vasitəsilə də aktivləşdirmək mümkündür.


    Xatırladaq ki, fəaliyyəti boyunca ölkədə təhsilin inkişafına daima töhfə verən Azercell, qlobal sağlamlıq böhranı dövründə də bu ənənəyə sadiq qalır. Belə ki, şirkət “Virtual məktəb” portalı üzərindən qeydiyyatdan keçmiş və Azercell abunəçisi olan 30 min müəllimə dəstək olaraq daha öncə 2 ay ərzində 5GB internet də hədiyyə edib.

    Qeyd edək ki, “Təhsil” internet paketindən Azercell-in bütün fiziki şəxs statusuna malik abunəçiləri yararlana bilər. 

    Əlavə məlumat üçün https://www.azercell.com/az/personal/campaigns/campaigns_internet/tehsil_paketi/ səhifəsinə keçid etməyiniz xahiş olunur.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Kontakt Home Qadınlar Gününə özəl unikal təkliflər hazırlayıb

“Kontakt Home” bu “Qadınlar Günü” münasibətilə xanımlara əsl bayram sevincini yaşadacaq təkliflər el..


Azercell 'Qələbə ili'-nin nəticələrilə bölüşdü

Sınaq və çağırışlarla dolu 2020-ci ildə lider mobil operator bütün sahələrdə ölkəyə dəstəyini əsirgə..


Həyatınızın ən önəmli qadınları üçün mükəmməl – 8 MART HƏDİYYƏ İDEYALARI..

Hər kişinin həyatındakı ən önəmli qadınlar: ana, bacı, sevgili və qız övladı... Onları nə qədər sevd..


Azercell müştəri təcrübəsinin idarə edilməsinə görə yeni mükafat qazanıb ..

Daha bir beynəlxalq ISO – Keyfiyyətin İdarə Olunması standartı lider mobil operatorun abunəçilərinə ..


Azercell ilə TikTok indi daha əlçatandır!

Lider mobil operator yeni “TikTok internet paketi”ni təqdim edir


Bu 8 mart-da Kontakt Home-dan hansı kampaniyalar gözlənilir?

“8 mart” yaxınlaşır. Bu günlərdə hamını maraqlandıran suallar bunlardır: “Nə alım?”, “Hardan alım?”,..

×