Bakıda IT-Academy-nin rəsmi açılışı olacaq

Bakıda IT-Academy-nin rəsmi açılışı olacaq

Reklam və Marketinq
31.10.2022 PAYLAŞIM

    5 noyabr 2022-ci il tarixində saat 14:00-da “Hilton Baku” hotelində IT-Academy-nin rəsmi açılış mərasimi keçiriləcək.

    Açılış mərasimində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin, Elm və Təhsil Nazirliyinin rəsmi nümayəndələri, "Alqoritmika" beynəlxalq proqramlaşdırma və riyaziyyat məktəbinin baş direktoru, həmçinin İT-Academy-nin tərəfdaşları olan “Baku Steel Company”, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndələri salamlama nitqi ilə çıxış edəcəklər. 


    Tədbirin ikinci hissəsində qabaqcıl İT mütəxəssislərinin çıxışları olacaq. Onlar sahə ilə bağlı öz bilik və təcrübələrini bölüşəcək, “Sıfırdan karyera: İT sahəsində fəaliyyətə necə başlamaq olar?" və "Azərbaycanda İT-nin inkişaf perspektivləri" mövzularında müzakirələr aparacaqlar. Həmçinin tədbirdə IT-Academy kurslarının təqdimatı olacaq və tədbir iştirakçılarına bu mövzuda ətraflı məlumat veriləcəkdir. 

    Tədbirdə iştirak etmək üçün aşağıdakı link vasitəsilə öncədən qeydiyyatdan keçməyinizi xahiş edirik. 

    https://it-academy.az/opening?utm_source=press 

    Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi ilə keçiriləcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Gənc qadınlar Azercell-in dəstəyilə startap qurur

"Her Improvement" layihəsinin birinci mərhələsi sona çatdı


Şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi nəticəsində Azercell-in intern..

“Azercell Telekom” MMC şəbəkəsinin əhatə dairəsini ən innovativ texnologiyalar vasitəsilə genişləndi..


Yardıma ehtiyacı olan 2000-dən çox qadın 'Qadın Qaynar Xətti'nə müraciət edib..

Azercell-in təşəbbüsü ilə yaradılan qaynar xətt ilk 6 aylıq fəaliyyətinin nəticələrini açıqladı..


Bakıda qızların STEM təhsilinə və gələcək fəaliyyətinə həsr olunmuş festival keç..

QadinFest və “Women in Tech” platformalarının təşkilatçılığı ilə 28-29 yanvar,  saat 12:00-18:00-dək..


Azercell 4G Naxçıvanda!

Lider mobil operator Naxçıvan Muxtar Respublikasını 4G şəbəkəsi ilə əhatə edir


Azercell-in peşəkarları 'İT-Akademiya'sının tələbələri ilə öz təcrübələrini bölü..

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazir..

×