main-post-cover

    Dünya Çempionatını izləmək üçün bazarın ən yaxşı televizorları hansılardır?

    Digər
    Reklam və Marketinq
    24.11.2022
    Emil Nəcəfov
        Yeni televizor almaq ideyası əyləncəli olsa da, növbə seçim etməyə gələndə insanın fikri qarışır. Xüsusən Futbol üzrə Dünya Çempionatının başladığı vaxtda yüksək görüntü imkanlı, keyfiyyətli səs sistemli və müasir texnologiyaların tətbiq edildiyi televizor axtarışı daha da aktuallaşır.
        Futbol, film və ya böyük ekranda oyun oynamaq həvəskarısınza, “Kontakt”la birlikdə bazarda mövcud olan ən yaxşı TV modellərinin siyahısını sizə təqdim edirik. Beləliklər, başlayaq:
        1. SONY 4K ULTRA HD – Milyarddan çox rəngi nəfəs kəsən gerçəkliklə ötürə bilən bu televizor Ronaldonun qol anındakı emosiyalarını daha canlı görməyə, “Dolby Digital Plus” səs sistemi isə stadionun ab-havasını, şərhçinin dediklərini daha aydın duymağa şərait yaradacaq. TRILUMINOS televizorları rəng keyfiyyətində bir inqilabdır. Sony tərəfindən hazırlanan bu texnologiya kəskinləşdirilməsi ən çətin olan qırmızı, yaşıl və mavi rənglər üçün ayrıca LED-lərdən istifadə edir. Bu televizorların məhz əsas xüsusiyyəti də əslinə daha yaxın və zəngin rənglərlə təchiz edilmiş bir ekrana malik olmaqlarıdır.
        2. LG NANOCELL –  Bu modelin ən üst özəlliklərindən biri solğun rəngləri süzgəcdən keçirmək və RGB dalğa uzunluqlarında pozuntuları aradan qaldırmaq üçün nanohissəciklərdən yəni – LG NanoCell texnologiyasından istifadə etməkdir. Zərif və minimal dizaynı ilə göz oxşayan LG NanoCell televizorunu müasir sənət əsəri kimi divarınızdan asa bilərsiniz. Modelin ekranı o qədər incədir ki, istər kino, istər futbol, istərsə də digər məzmunları maksimum gerçəkliyi ilə yaşamaq şansınız var. 
        Sevdiyiniz komandanın matçı istədiyiniz nəticə ilə bitməyib? Heyfislənməyin, çünki bu TV PC oyunlarını birbaşa televizorunuza gətirən bulud oyun platforması olan “NVIDIA GeForce Now”-u dəstəkləyir. Beləliklə müxtəlif cihazlarla əlaqə sayəsində oyunun gedişatını ürəyiniz istəyən kimi dəyişə bilərsiniz.
        3. LG OLED TV: Dünyanın 1№-li OLED TV markası olan LG, 140 sm ekran diaqonallı versiyası ilə ümidlərinizi doğruldacaq. Belə ki, OLED televizorları yüksək səviyyəli rəng dəqiqliyi, maksimum kontrast, geniş baxış bucağı və bulanıq olmayan görüntünü təklif edən ən yaxşı texniki xüsusiyyətlərə malik TV seçimlərinin başında gəlir. LG OLED TV-lər funksionallığı ilə yanaşı həmçinin qeyri-adi nazik ekranları ilə də istifadəçiləri cəzb edirlər. “Dolbi Digital” səs sistemi sayəsində isə həm ən yavaş pıçıltıları, həm də ekrandan daşan partlayış effektlərini qulağınızın içində imiş kimi hiss edərək film kefini rejissorun istədiyi kimi yaşaya biləcəksiniz.
        4. SAMSUNG NEO QLED:  Bu televizordan gözlərinizi çəkmək çətin olacaq. Çünki 33 milyon piksel, UHD 4K keyfiyyətindən 4 dəfə yüksək ekran icazəsi Samsung NEO QLED televizorlarının əsas fərqini ortaya qoyur. Quantum 8K prosessoru ilə təchiz edilmiş televizorlar, istənilən məzmunu 8K keyfiyyətli miqyasa qədər yüksəltməyə qadirdirlər. Neural Quantum 8K prosessoru kontrast səviyyəsini artırmaq üçün süni intellektdən də istifadə edir. Ona görə də izlədiyiniz hər şey gözləriniz qarşısında büllur kimi aydın olur.
        Televizorun ekran çərçivəsi demək olar ki, yoxdur. Bu da televizorun həm öndən, həm də arxadan estetik görünməsinə imkan yaradır. Artıq könül rahatlığı ilə televizorunuzu qonaq otağınızın mərkəzinə yerləşdirə və ya divara quraşdıra bilərsiniz. Hər iki halda da modelin zərif dizaynı istənilən interyer ilə mükəmməl şəkildə bütünləşir. 
        Q-simfoniyası Neo QLED-dəki dinamikləri birgə iş üçün səs paneli ilə sinxronlaşdırır. Bununla da evinizi ideal səsə malik konsert salonuna çevirə bilərsiniz. Əlavə olaraq cihazın “Active Actor Voice Enhancement” kimi funksiyası var ki, bu da aktyorların səslərini artıraraq tozsoran çalışarkən belə heç bir cümlənin diqqətinizdən qaçmasına imkan verməyəcək. 
        Qeyd edək ki, haqqında bəhs etdiyimiz televizorları “Kontakt” mağazalar şəbəkəsindən dekabrın 18-dək ilkin ödənişsiz, 18 aylıq faizsiz şərtlərlərlə əldə edə bilərsiniz.
        Onu da bildirək ki, noyabrın 27-sinədək “Kontakt”da “Böyük Cümə” kampaniyası çərçivəsində nağd alışda 70%-dək olan ilin ən böyük endirimləri davam edir. Meqa endirimli təklifləri 6 dəfəyədək daxili kredit, taksit kartları ilə 24 ayadək faizsiz hissələrə bölmək imkanı var.
        Yenə də seçim etməkdə qərarsız qalmısınızsa, “Kontakt” ın sizə ən yaxın mağazasına gəlib təcrübəli satış məsləhətçilərinin tövsiyələrindən yararlana bilərsiniz.
    Linki kopyala