Dünya şöhrətli alpinistimiz İsrafil Aşurlı yeni zirvələri fəth etməyə hazırlaşır

Dünya şöhrətli alpinistimiz İsrafil Aşurlı yeni zirvələri fəth etməyə hazırlaşır

Reklam və Marketinq
25.09.2021 PAYLAŞIM

    Sentyabr ayının 20-də Azərbaycan Respublikasının Alpinizm üzrə idman ustası İsrafil Aşurlı “Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalova ilə görüşərək nailiyyətlərini və Azercell ilə əməkdaşlığını müzakirə edib.  “Tərəqqi” medalının, 1-ci və 2-ci dərəcəli “Edelveys” ordeninin sahibi, “Qar bəbiri” titulunu qazanmış idmançı “Zəfər Tacı” layihəsinin bir hissəsi olaraq dünyanın 14 ən hündür nöqtəsindən 4-nü fəth edib. O, 2007-ci ildə Everest dağ zirvəsini və Antarktidanın ən hündür zirvəsini — Vinson massivini fəth edərək orada Azərbaycan bayrağını ucaldan ilk azərbaycanlı olub. Həmçinin Aşurlı dünyanın ən yüksək 8 nöqtəsi sırasında yer alan Kançencanqa, Lxotze və Manaslu zirvələrinə, eləcə də Avropanın ən yüksək zirvəsi olan Elbrusa da yürüş edib.


    Görüş zamanı Aşurlı 2021-ci ilin iyul ayında Karakorum dağlarının 7000 m yüksəklikdə yerləşən zirvəsində Azercell-in bayrağını ucaltdığı anı əks etdirən tarixi fotonu şirkət prezidentinə təqdim edib. “Bu cür uğura yalnız böyük zəhmət, mübarizlik əzmi və illər boyunca davam edən gərgin hazırlıq nəticəsində imza atmaq mümkündür. Məqsədlərinizə çatmaq üçün nümayiş etdirdiyiniz dayanıqlıq həqiqətən təqdirəlayiqdir və eyni zamanda, alpinizmin əhəmiyyətini bir daha vurğulayır. İndi isə, Qarabağın bərpa olunan ərazilərində bu idman növünün inkişafı üçün daha da geniş imkanlar yaranıb”, - deyə Zərinə Zeynalova bildirdi.

    Azercell  İsrafil Aşurlının idman fəaliyyətinin tərəfdaşı olmaqdan qürur duyur və ona gələcəkdə daha da  böyük zirvələri fəth etməyi arzu edir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


AzDimension və Nvidia tərəfdaşlıq müqaviləsi imzaladılar

 Azərbaycan oyun yaradılma sənayesinin tarixində əlamətdar bir an gəldi.


50GB mobil internet hədiyyəli ən yeni model iPhone 13 smartfonları artıq Azercel..

Daha öncə elan edildiyi kimi, Apple Inc. şirkətinin Azərbaycandakı eksklüziv telekommunikasiya tərəf..


Məktəblilər arasında 'AZERCELL CUP' proqramlaşdırma üzrə müsabiqənin final mərhə..

Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsi və İnformatika üzrə Milli Olimpiada komandasının m..


Azercell Tokio-2020-nin qaliblərini təbrik etdi

Şirkət beynəlxalq olimpiadada öz qələbəsilə Azərbaycan bayrağını zirvələrdə dalğalandıran olimpiya v..


Rəsmi iPhone 13 modelini 'Kontakt'dan ilk alanlar 300 manatlıq hədiyyə qazanacaq..

Rəsmi iPhone 13 modellərini hamıdan daha əvvəl, üstəlik ən sərfəli şərtlərlə almaq istəyirsiniz? Elə..


Azercell-dən iPhone 13, iPhone 13 Pro və iPhone 13 Mini əldə edin və 3 ay ərzind..

Azercell böyük məmnuniyyətlə oktyabrın 15-dən etibarən uzun müddətdir gözlənilən iPhone 13, iPhone 1..

×