main-post-cover

    'Həmrəy olaq, qəlbləri sevindirək!'

    Digər
    Reklam və Marketinq
    28.12.2022
    Farid Pardashunas
        Hər il olduğu kimi, bu il də “Azercell Könüllüləri” Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə uşaqlar üçün növbəti xeyriyyə aksiyası keçirib.
        Könüllülər “Həmrəy olaq, qəlbləri sevindirək!” adlı kampaniya çərçivəsində İkinci Vətən müharibəsi şəhid və qazilərimizin ailələrini, həmçinin aztəminatlı ailələri ziyarət edərək, onların övladlarını sevindiriblər. Xeyriyyə tədbiri müxtəlif yaş kateqoriyasından olan həssas qrupa aid uşaqları əhatə edib. Könüllülər, Azercell şirkətinin əməkdaşları və onlara dəstək verən dostların köməyilə 200-ə yaxın uşağa hədiyyə təqdim ediblər.
        Bundan əlavə, SOS Uşaq Kəndlərində 100-ə yaxın uşaqla görüşən “Azercell Könüllüləri”, onlarla birgə bütün gün keçirib, bayram sevinci yaşadıblar. 
        “Həmrəy olaq, qəlbləri sevindirək!” aksiyası Azərbaycanın bir çox bölgəsində, o cümlədən işğaldan azad edilmiş Zəngilanın Ağalı kəndində də reallaşdırılıb.  
        Qeyd edək ki, “Azercell Könüllüləri” öz fəaliyyətlərini tək bayramlarda deyil, il ərzində müxtəlif xeyirxah təşəbbüslər çərçivəsində davam etdirirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər