Reklam
İlk 'TEKNOFEST AZƏRBAYCAN' Azercell-in baş sponsorluğu ilə keçiriləcək

İlk 'TEKNOFEST AZƏRBAYCAN' Azercell-in baş sponsorluğu ilə keçiriləcək

Reklam və Marketinq
12.04.2022 PAYLAŞIM

    Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı və Azercell-in baş sponsorluğu ilə bu ilin 26-29 may tarixlərində ölkəmizdə ilk dəfə olaraq “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya festivalı keçiriləcək. 

    Baş tutacaq festival çərçivəsində 8 kateqoriya üzrə texnologiya müsabiqələrinin keçirilməsi nəzərdə tutulub. Festival zamanı “Smart Qarabağ” Hakatonu, “Take Off Baku” Startap Sammiti və “Rocket League” kiber idman üzrə Avropa Çempionatı təşkil olunacaq. Rəqəmsal məhsullar və xidmətlər sərgisi, texnologiya sahəsində müxtəlif yarışma və əyləncəli proqramları özündə birləşdirən bu irimiqyaslı tədbirdə “Azercell Telekom” MMC baş sponsor olmaqla yanaşı, ayrıca stendlə iştirak edəcək. 25 illik fəaliyyəti ərzində Azərbaycana daim qabaqcıl texnologiyaları gətirən Azercell şirkəti sərgidə özünün “Bağlantını asanlaşdırır, həyatı dolğun edirik” strateji məqsədini  reallaşdıran məhsul və həllərini təqdim edəcək. Festival günlərində Azercell-in stendinin ziyarətçiləri maraqlı xidmətləri izləməklə yanaşı, hədiyyələr qazandıran maraqlı müsabiqələrdə iştirak  imkanı əldə edəcəklər. 


    Ümumilikdə sərgidə festivalın tərəfdaş qurumlarının xidmətləri, o cümlədən gənc texnoloqların hazırladıqları prototiplər və STEM layihələrinin nümayişi nəzərdə tutulur. Festivalın açıq səma altında təşkil olunacağı bölməsində də pilotsuz uçuş aparatları və vertolyotların sərgilənməsi planlaşdırılır. 

    Festivalın əyləncə proqramına Azərbaycan Hərbi Hava Qüvvələrinin, eləcə də Türkiyənin məşhur “Türk Ulduzları” və “Solo Türk” aerobatika komandalarının nümunəvi pilotaj uçuşları daxildir. “Teknofest Azərbaycan” festivalında həmçinin şaquli külək tuneli, su attraksionları, uçuş simulyatorları, robotlar və s. nümayiş etdiriləcək. Ziyarətçilər həmçinin incəsənət xadimlərinin konsertini də izləyə biləcəklər.

    2018-ci ildən etibarən keçirilən Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalının məqsədi milli texnologiyaları təbliğ etməklə bu sahədə məlumatlılığı artırmaq, həmçinin gənclərin bilik və bacarıqlarının üzə çıxarılmasına imkan yaratmaqdan ibarətdir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


'Kontakt' ölkə xaricində artıq ikinci mağazasını açdı – FOTOLAR

İlk dəfə ölkə hüdudlarından kənarda – Gürcüstanın paytaxtı Tbilisidə elektronika mağazasını açan 100..


Cehiz almaq üçün 'Kontakt Home'a gəldi, 'Şeş-Qoşa' kampaniyasından avtomobil qaz..

Hər il on minlərlə insanı qazandıran “Şeş-Qoşa” kampaniyasında artıq dördüncü avtomobil uduldu...


Nə üçün Samsung Galaxy S22 Ultra? Yeni flaqmanı ələ indi əldə etmək üçün 6 səbə..

Bu yaxında texnologiyalar üzrə dünya nəhəngi olan Samsung tərəfindən təqdim olunan yeniliklər hər kə..


Bu yay rouminqdə Azercell-in tarifləri ilə ünsiyyətdə sərbəst ol!

Lider mobil operator Sərbəst 50 və Sərbəst 75 tarif paketlərinin fakturalı xətt istifadəçilərinə rou..


Samsung Galaxy S21 FE smartfonunu xüsusi aksiya çərçivəsində əldə etmək fürsətin..

Smartfon almağı düşünürsünüz? Galaxy S21 FE-yə daha yaxından nəzər salın.


Azercell məhsulları artıq Azərpoçt məntəqələrində!

Azərpoçt-un Bakı və Abşeron məntəqələrində təqdim edilən Azercell xidmətləri yaxın gələcəkdə bütün ş..

×