main-post-cover

    İnnovativ smartfon brendi TECNO, artıq Azərbaycanda

    Digər
    Reklam və Marketinq
    22.12.2022
    Farid Pardashunas
        Tecno Mobile, öz fəaliyyətini hələ uzaq 2006-cı ildən başlamış, mobil avadanlıq istehsalçısıdır. Məhz bu dövrdə, Transsion Holdings Honq-Konqda dünyaya ilk brendini təqdim etmişdir və artıq, təxminən iyirmi ildir ki, 70-dən çox ölkə üçün innovativ cihazlar istehsal edir. TECNO-nun məhsul portfelinə smartfonlar, noutbuklar, smart cihazlar və AIoT üzərindən işləyən cihazlar daxildir. Son illərdə isə şirkət əsasən foto və video çəkilişlər, həmçinin oyunlar üçün smartfonların istehsalına investisiya etməyə başlamışdır. Bu istiqamətdə işləyən istehsalçı 2019-cu ildə ikili kamera modulu və avtomatik retuş qabiliyyətinə malik SPARK 3 Pro smartfonunu təqdim etmişdir. Və məhz bu model Google tərtibatçıları tərəfindən Android Q əməliyyat sisteminin üçüncü beta versiyasını sınaqdan keçirmək üçün seçilmişdir. 2022-ci ilin yayında isə brendin daha bir smartfonu - CAMON 19 Pro dünyaca məşhur iF DESIGN-dan nüfuzlu mükafata layiq görülmüşdür.
        Əlavə olaraq, qeyd etmək lazımdır ki, istehsalçının təqdim etdiyi smartfonlar, fərdiləşmiş əməliyyat sistemi olan HiOS üzərindən işləyir. Bu o deməkdir ki, bu cihazlarla birlikdə, siz unikal qrafika, interfeys həlləri və xüsusiyyətlərə malik bir Android smartfon əldə edirsiniz:
    - telefonlarda zənglərin qeydi;
    - bildirişlərin bloklanması ilə müşahidə olunan xüsusi oyun rejimi;
    - tez-tez istifadə olunan funksiyaları özündə birləşdirən smart panel;
    - foto qalereyanın qaranlıq, bulanıq və ya eyni tipli şəkillərdən ağıllı təmizlənməsi;
    - proqramların təkrarlanması - məsələn, mesencerdə eyni vaxtda iki hesabdan istifadə edə bilərsiniz.
        Brend bu yaxınlarda həm də Azərbaycan bazarında satışa çıxarılıb. Beləliklə, Tecno markalı smartfonlar 5 əsas məhsul xətti ilə təmsil olunur: POP, Spark, Pova, Camon Phantom.
        İstifadəçilər arasında populyarlıq qazanan Pova məhsul xəttində 2022-ci ildə, Pova 4 adlanan daha bir smartfon təqdim edilib.
        Smartfon qeyri-adi dizaynı ilə seçilir, belə ki, burada arxa panel qara və tünd göy rəngləri özündə birləşdirən tutqun mat plastikdən hazırlanıb. Yenilik, həmçinin 6,82” diaqonallı, 90 Hz yeniləmə tezliyinə malik, HD + IPS displey ilə təchiz edilib.
        Smartfon microSD kartın köməyi ilə genişləndirilə bilən, 128 QB daxili yaddaş təklif edilir. Bundan əlavə, smartfon xüsusi sürətli operativ yaddaş ilə təchiz edilib ki, bu da daxili yaddaşın bir hissəsini virtual RAM kimi istifadə etməyə imkan yaradır. Belə ki, ümumilikdə smartfon 8+5 QB RAM-a malikdir. Əlavə olaraq, qeyd etmək lazımdır ki, cihaz, 8 nüvəli MediaTek Helio G99 prosessoru ilə təchiz edilib.
        Ənənəvi olaraq, həcmli batareyaları ilə seçilən Pova məhsul xətti, bu dəfədə bu xüsusiyyətinə sadiq qalaraq POVA 4, modelində 6000 mAh güclü akkumulyatoru təqdim edmişdir. 18Vt sürətli yükləmə cihazı ilə tamamlanan smartfon uzun müddət enerji doldurumunu tələb etmədən rahat şəkildə istifadə edilə bilər.
        Təqdim edilən model, həm də cəlb edici kamera dəsti ilə təchiz olunmuşdur. Burada qeyd edilən edilən 50 MP əsas modul, piksel toplama texnologiyası ilə təmsil olunur. Sözü gedən TETRACELL texnologiyası, 4 pikseli bir arada birləşdirərək, daha çox işıq toplayır. Əsas moduldan əlavə,  POVA 4 2 MP portret modulu və süni intellekt obyektivi ilə təchiz olunmuşdur. Ön kameranın icazəsi isə 8 meqapikseldir.
        Beləliklə, əgər siz öz unikal üslubunuzu nümayiş etdirmək üçün uzunömürlü batareyaya və yaxşı kameraya malik güclü smartfon axtarırsınızsa, Pova 4 məhz sizin üçündür. Smartfonunu elə indi  Kontakt Home, İrşad Electronics, Baku Electronics, Soliton, Optimal, Maxi.az, Music Gallery, Wentto Electronics, World Telecom və ByTelecom mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər