main-post-cover

    Kontakt Home mağazaları tam təhlükəsiz qaydada yenidən müştərilərin xidmətinə açıldı

    Digər
    Reklam və Marketinq
    10.08.2020
    Emil Nəcəfov
        Elektronika və mebel satışı üzrə ölkənin ən böyük satış şəbəkələrindən olan Kontakt Home karantin rejiminin yumşaldılmasından sonra mağazalarının qapısını yenidən müştərilərinin üzünə açdı.
        Həm müştərilərinin, həm də əməkdaşlarının sağlamlığının təmin olunması məqsədilə Kontakt Home bütün mağaza və inzibati binalarında virus və bakteriyalar əleyhinə yenidən dezinfeksiya işləri aparıb.
        Karantin qaydalarına uyğun olaraq, mağaza personalı müştərilərə xüsusi qoruyucu maska və əlcəklərdə xidmət edir, gündəlik olaraq temperaturu yoxlanılır, insanların sıx təmasda olduğu səthlər, vitrinlər mütəmadi olaraq təmizlənir. Həmçinin, mağaza və inzibati binaların girişləri spirt tərkibli antiseptik məhlullarla təmin edilib.
        Qeyd edək ki, Kontakt Home-un Bakı, Xırdalan, Sumqayıt, Gəncə, Masallı və Qəbələ daxil olmaqla, ümumilikdə 27 mağazası fəaliyyət göstərir. Bu gündən etibardən şəbəkə 2 yeni: Bakıda Ukrayna dairəsi, Sumqayıtda 10-cu mikrorayon mağazaları ilə müştərilərini sevindirməyə davam edəcək.
        Mağazanın xidmətlərindən hələ də onlayn yararlanmaq istəyənlər elə evdən telefon və ya kompüterlə Kontakt.az saytına daxil olub istədiyi məhsulu sifariş verə bilər. Sifarişlər pulsuz, sürətli və təhlükəsiz şəkildə düz qapınızadək çatdırılacaq.
    Linki kopyala