main-post-cover

    'Kontakt'ın dəstəyi ilə 'Her Improvement' proqramının ikinci mərhələsi uğurla tamamlanıb – FOTOLAR

    Reklam və Marketinq
    11.01.2022
    Emil Nəcəfov
        Ölkənin ən aparıcı pərakəndə satış şəbəkələrindən olan “Kontakt” və “FemTech” platformasının birgə təşkilatçılığı ilə “Her Imrovement” inkişaf proqramının ikinci mərhələsi tamamlanıb. İkinci mərhələ layihə iştirakçılarının biznes-startap düzgün istiqamətlənməsinə, həmçinin valideyn-övlad münasibətlərinin möhkəmləndirilməsinə yönəlib.
        Yeniyetmələr üzərində valideyn rolunun ən əhəmiyyətli faktor olmasını nəzərə alaraq, ikinci mərhələ çərçivəsində layihə iştirakçılarının valideynləri üçün peşəkar biznes ekspertlərinə və psixoloqlara bütün suallarını vermək imkanı yaradılıb.  Bununla yanaşı valideynlər sözügedən proqramının detalları və inkişaf prosesi haqda ətraflı məlumatlandırılıblar. 
        Tədbirdə iştirak edən valideynlər yeniyetmə qızlarımızın inkişafında bu tip layihələrin nə qədər mühüm olduğunu anlayaraq, görüşdən məmnun ayrılıblar.
     
        Qeyd edək ki, "Her Improvement" layihəsinin əsas məqsədi 12-16 yaşlı yeniyetmə qızlara təşəbbüskarlıq, sahibkarlıq, innovasiya, biznes, startap və netvörkinq mövzularında bilik və bacarıqlar qazandırmaq, bununla da Azərbaycanda qadın sahibkarlığını inkişaf etdirmək və ölkədə olan qadın startap-innovativ biznes təsisçilərinin sayını artırmaqdır.
        Hər zaman sosial məsuliyyət fəaliyyəti ilə seçilən “Kontakt” “Qadınlar İnkişafı Proqramı” çərçivəsində illərdir davamlı layihələr həyata keçirir.
     
        Xatırladaq ki, “Kontakt” hazırda “Dyson”, “Electrolux”, “WAHL”, “Toshiba”, “Black&Decker”, “Hoffmann” kimi dünya brendlərinin Azərbaycanda eksklüziv distributoru, “Samsung”, “LG”, “Bosch”, “Huawei”, “Realme”, “Sony”, “Panasonic”, “BQ”, “Sonorous”, “Elari”, “Thomas”, “Beurer”, “Karcher”, “H Gala”, “Cassore”, “Simge” mobilya kimi 30-dan çox beynəlxalq brendin rəsmi distributoru, “Apple” brendinin ölkəmizdəki rəsmi satış mərkəzidir.
        Hal-hazırda sevindirən şəbəkənin ölkə üzrə ümumilikdə 34 mağazası, Gürcüstanda 1 mağazası və kontakt.az onlayn mağazası fəaliyyət göstərir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər