Microsoft, Azərbaycan Respublikası müəllimlərini beynəlxalq Microsoft Innovative Education Expert proqramında iştirak etməyə dəvət edir

Microsoft, Azərbaycan Respublikası müəllimlərini beynəlxalq Microsoft Innovative Education Expert proqramında iştirak etməyə dəvət edir

Reklam və Marketinq
31.03.2021 PAYLAŞIM

    Təhsil cəmiyyətin inkişafın ən vacib amillərindən biridir. Məhz buna görə də o, yalnız əlverişli, keyfiyyətli və davamlı deyil, həm də cəmiyyətin və iqtisadiyyatın ehtiyac və çağırışlarına cavab vermək üçün daim inkişaf edən olmalıdır. Təhsil sahəsində davamlı inkişafın təmin edilməsi üçün innovasiyaların vaxtında və effektiv tətbiqi təkcə rəqəmsal texnologiyalardan istifadə deyil, həm də tədrisdə yeni yanaşmalar və metodikalar, tədris alətləri və prosesləridir. Bu amillər düzgün tətbiq olunarkən, tədrisdə əhəmiyyətli dəyişikliklər baş verir ki, bu da tələbələrin daha yaxşı oxumasına səbəb olur.

    Təhsildə dəyişiklik agentləri ilk növbədə tələbələrlə birbaşa gündəlik şəkildə işləyənlər – yəni müəllimlərdir. Onlar tələbələri yaradıcılıq təfəkkürünə, əməkdaşlıq ruhunda işləməyə həvəsləndirir, həmçinin öz biliklərini bütün dünya ilə bölüşməyə hazırdırlar. Bir çox müəllimlər dəyişiklik agentləri kimi rollarını dərk edir, daima müasir texnologiyalardan innovativ tədrislə birlikdə istifadə edərək mükəmməlliyə nail olmaq üçün çalışırlar.


    Artıq bir neçə ildir ki, Microsoft şirkəti tələbələrin həyatını dəyişdirmək və daha yaxşı bir dünya qurmaq üçün birgə səy göstərən müəllimləri dəstəkləməyə davam edir. Microsoft Innovative Educator (MIE) proqramı, həvəsli müəllimlərin öyrənməsinə, dəyərli təcrübələrini bölüşməsinə və birlikdə inkişaf etməsinə kömək etmək üçün yaradılmışdır.

    Microsoft Innovative Educator Expert - sinifdə və onun hüdudlarından kənarda texnologiyadan inamla istifadə edən, öz məktəblərində, proqramma daxil olan və xarici məktəblərdə Microsoft texnologiyaları üzrə təcrübələrini bölüşməyə və məsləhətçi kimi çıxış etməyə hazır olan müəllimlər üçün yaradılmış bir proqramdır.

    Microsoft Azərbaycan, Microsoft İnnovative Educator (MIE) ekspert sinfi üçün həvəsli müəllimlərin işə qəbulunu elan edir! Tələbələrinizi cəlb etmək üçün daima yeni yollar axtaran bir müəllimsiniz? Bir sinif otağının mühitinin sərhədlərini davamlı olaraq sizin kimi artıran digər müəllimlərin qlobal professional təlim icması ilə əlaqə yaratmaq istəyirsinizsə, Microsoft sizi yenilikçi MIE ekspert cəmiyyətinin bir hissəsi olmağa dəvət edir!

MIE Expert proqramı sizin üçün aşağıdakı imkanları yaradır:

- Sinifdə və xaricdə yeni metodlar, texnologiyalar və iş formaları ilə tanışlıq;

- Müəllimlərin qlobal peşəkar təhsil icmasına qoşulmaq və təcrübə mübadiləsi;

- Microsoft tədbirlərində iştirak;

- Beynəlxalq qruplarda, proqramlarda və Master Teacher, Microsoft Fellow kimi layihələrdə; yeni məhsulların sınaqdan keçirilməsi üçün fokus qrupları, könüllü hərəkətlərdə iştirak;

- Sertifikatlaşdırma sahəsində təşviq.

    İştirakçı olmaq üçün Microsoft Innovative Educators (MFA) proqramına göstərilən link vasitəsi ilə onlayn müraciət etmək kifayətdir: https://education.microsoft.com/en-us/resource/1703c312 

    MIE mütəxəssisləri tələbələrin təhsil nəticələrinin mükəmməlləşdirilməsinə yönəlmiş texnoloji vasitələrin inteqrasiyası üçün daima pedaqogikalarını inkişaf etdirməyə çalışan 21-ci əsrin tədrisi və öyrənilməsini qəbul edir. MIE mütəxəssislər birliyi üzvlərə tədris təcrübələrini inkişaf etdirməyə kömək edir.

    “Sürətlə dəyişən dünyanın bütün təhsil meyllərini izləmək və tələbələrimə ötürə biləcəyim ən yaxşı təcrübələri öyrənmək mənim üçün həmişə vacib olmuşdur. Bu proqram mənə yeni tədris proqramlarını öyrənməyə imkan verir ki, onlardan istifadə edərək Azərbaycanda təhsil sisteminin inkişafına töhfə vermiş oluram. Ayrıca qeyd etmək istərdim ki,  Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən pulsuz təhsil sisteminin təkmilləşdirilməsi, müəllimlər üçün maarifləndirici videoçarxlar, təlimlər, alətlər və saytların yaradılması işimizdə öz bəhrəsini yetərincə verir " - 177 saylı orta məktəbin riyaziyyat müəllimi Günay Çəndərli hesab edir.

    MIE ekspertləri anketdə göstərilən cavabların keyfiyyəti, innovasiya səviyyəsi və peşəkar fəaliyyətdə Microsoft alətlərinin istifadəsi əsasında Microsoft-un regional nümayəndəsi tərəfindən seçiləcək, həmçinin MIE ekspert proqramında iştirakın daha çox tədris və təlim prosesinə necə təsir göstərəcəyini təsvir edəcəklər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


'Kiçik Ürəklərdə Böyük Xatirələr' yaddaşlarda həkk olunacaq

Azercell-in şəhid övladları üçün uzunmüddətli reabilitasiya proqramı uğurla həyata keçdi ..


Azercell Mobil Müştəri Xidmətləri Şuşada!

Aparıcı mobil operator işğaldan azad olunmuş Qarabağda müştərilərinə xidmət göstərən ilk şirkət oldu..


Dünya şöhrətli alpinistimiz İsrafil Aşurlı yeni zirvələri fəth etməyə hazırlaşır..

“Azercell Telekom” MMC İsrafil Aşurlının tarixi “Zəfər Tacı” yürüşünün əsas tərəfdaşıdır..


Azercell Ağdamda keçirilən ilk Beynəlxalq elmi-praktik konfransı internet şəbəkə..

Azercell şirkətinin texniki dəstəyilə  konfrans iştirakçıları bütün tədbir boyunca yüksəksürətli int..


Layihə idarəolunması sahəsində profesionallaşmaq üçün 'PMO.az Consulting & ..

 Azərbaycanda son dövrlər layihələrin idarəolunması üzrə mütəxəssislərə geniş tələb yaranıb. Bir çox..


AzDimension 'Aksilon: Artefaktlar haqqında əfsanə - proloq' oyunun buraxıldığını..

AzDimension şirkəti üçün fantastik aləmində RPG janrında olan "Aksilon: Artefaktlar haqqında əf..

×