main-post-cover

    MOBİL GEYMİNQİN YENİ SƏVİYYƏSİ ARTIQ AZƏRBAYCANDA və ya 'PUBG MOBILE' AZƏRBAYCAN TURNİRİ İLƏ YENİ 'INFINIX NOTE 30 PRO'NU BİRLƏŞDİRƏN NƏDİR?

    Digər
    Reklam və Marketinq
    19.07.2023
    Farid Pardashunas
        Bakı – 15 iyul 2023-cü il
        Bakıda “Infinix” beynəlxalq texnologiya şirkətinin təqdim etdiyi yeni oyun smartfonları xəttinin – “Note 30” seriyasının prezentasiyası olub. Yeni smartfonun imkanlarını nümayiş etdirmək üçün “Infinix” və “PUBG Mobile” məhz “Note 30 Pro” smartfonlarında PUBGM turnirinin finalını keçirib.
        “Bizim yeni smartfon xəttimizin unikallığından fasiləsiz danışmaq olar, – “Infinix Mobility”nin MDB ölkələri üzrə marketinq direktoru İradə Həsənova qeyd edib. – Hərçənd heç nə canlı təması əvəz etmir. Bu gün qonaqlarımız öz gözləri ilə yeni telefonlarımızı görə, həmçinin onlarda peşəkar və həvəskar oyunçuların necə oynadığına baxa bildilər. Turnirdə 190-dan çox komanda qeydiyyatdan keçmişdi, bu isə təqribən 1000 nəfər deməkdir. 140-dan çox komanda seçim meyarından keçdi və onlayn seçmə oyunlarda iştirak etdi. Bu gün isə biz tərəfdaşlarımız “PUBG Mobile”, “Baku Electronics” və GMT ilə birlikdə oflayn yarımfinal və final oyunlarını keçirdik”.
        “Biz yeni “NOTE 30 Pro” modelinin təqdimatı kimi iddialı layihədə “Infinix” şirkətinin partnyoru olaraq “Baku Electronics”in filialında “PUBG Mobile” üzrə onlayn seçmə, həmçinin oflayn final mərhələsindən ibarət kiberidman turniri təşkil etdik. “Infinix”ə bizə etibar etdiyinə görə minnətdarıq. Keyfiyyətli smatrfonların uğurlu olacağına şübhə etmirik. Dünyada geyminq və kiberidmanın yeni birgə yaradıcı fəaliyyətini gözləyirik”, - GMT-nin rəhbəri Aleksandr Xitrov deyib.
        Qeyd edək ki, seçmə və final oyunlarının bütün mərhələləri peşəkar şərhçilərin iştirakı ilə GLA HUB  kanalında yayımlanıb. Qalib “Sicilia Esports” komandası olub, üzvlərinə yeni “Note 30 Pro” hədiyyə edilib.
        Bundan başqa, “Infinix/PUBGM” interteyment zonasında mətbuat, tanınmış inflüenserlər, top texnobloqçular, bloqçu-geymerlər və digər qonaqların böyük diqqətini maraqlı və unikal fotolar çəkməklə yanaşı, peşəkar oyunçuların “PUBG Mobile”da necə oynamağına baxmaq, kiberidmanın bu növündə özünü sınamaq da cəlb edib.
        Aparıcı texnologiyalar sahəsində tanınmış bloqçu və “PUBG Mobile” həvəskarları arasında Azərbaycanın əsas ulduzlarından biri Toğrul Qurbanov (“Energizer”) öz təəssüratlarını bölüşüb: “Təkcə texnoloji yeniliklərlə maraqlanan bir insan kimi deyil, həm də gözəlliyə dəyər verən biri kimi deyə bilərəm ki, təqdim edilən yeni model dəbli dizaynı, yüksəl keyfiyyətli materialları, yumşaq ekran, uzun müddət enerji saxlama və ayrıca üstünlük olaraq optimal qiyməti özündə birləşdirir”.
        Smartfonun əsas özəlliklərindən biri 68W universal sürətli şarj və 15W naqilsiz sürətli şarjdır ki, bu da telefonla birlikdə hədiyyə kimi verilir. 5000 mAh akkumulyator tutumu 30 dəqiqəyə 1%-dən 80%-ə qədər enerji yığır. Model sənaye standartlarından 25 faiz yüksək olan 1000 tam şarj dövrü resursu sayəsində yüksək davamlılığa zəmanət verir.
        “NOTE 30 Pro” fövqəladə hallarda ciddi üstünlük ola bilən digər cihazları tərs şarj (reversiv) etmə imkanını da dəstəkləyir.
        “Infinix NOTE 30 Pro”da "Bypass" rejimi var, bu mənim çox xoşuma gəldi, - tanınmış texnobloqçu Fərid Pərdəşünas qeyd edib. - Əgər bu rejimi aktivləşdirsəniz, smartfonu enerji qovşağına birləşdirəndə avtomatik olaraq həmin rejim imkan yaradacaq ki, oyun oynadığınız zaman batareya dolmasın, enerji birbaşa smartfona ötürülsün və bunun sayəsində smartfonun qızmasının qarşısı alınacaq. Adətən, cihazlardan istifadə edəndə, oyun oynayanda onu elektrikə qoşuruq və batareya tez dolub, tez də boşalır. "Bypass" rejimində bunun qarşısını almaq üçün enerji kompüterdə olduğu kimi, birbaşa smartfona ötürülür. Çox önəmli innovasiyadır və mən düşünürəm ki, digər cihazlara da bu tətbiq olunmalıdır”.
        Soyudulmanın təmin edilməsi üçün smartfon "VC Liquid Cooling" sistemi ilə təchiz olunub və 10 qat xüsusi soyuducu VC materialı sayəsində soyutma kamerasının ümumi sahəsi 2000 mm²-dir.
        Smartfonun əsas kamerası 108 meqapiksel aparıcı moduldur, həmçinin bokeh effekti ilə fotolar çəkmək üçün 2 MP portret modulu və süni intellekt modulu ilə, eləcə də gecə çəkilişləri üçün xüsusi rejim və 32 MP selfi-kamera ilə təchiz olunub.
        “NOTE 30 Pro” “Infinix Smart Refresh” və “Magellan Engine” texnologiyalarının istifadə olunduğu 120Hz yeniləmə tezlikli 6,67 düymlük FHD+ "Amoled” ekrana malikdir. Bundan əlavə, ekrandan uzun müddət istifadə zamanı istifadəçilərin gözlərini qorumaq üçün “TUV Rheinland Certification” sertifikatlı göz mühafizə rejimi mövcuddur.
        “NOTE 30 Pro” “Android 13” bazasında “XOS 13” əməliyyat sistemi ilə çalışan, böyük və resurs tutumlu işlər üçün nəzərdə tutulub.  Model 16GB RAM-a qədər genişləndirilə bilən operativ yaddaşa və 256GB ROM daxili yaddaşa malik güclü "Media Tek" prosessoru ilə təchiz olunub.
        “Infinix”də biz gənc müştərilərimizin tələbatını anlamağa böyük əhəmiyyət veririk və mobil telefonlarımızın işlənməsində innovasiya texnologiyalarının tətbiqinə çalışırıq. Azərbaycanda “NOTE 30 Pro”, “NOTE 30” və “NOTE 30 VIP” modelləri ilə təqdim edilən “NOTE 30” seriyasını biz böyük həcmli operativ yaddaşla, böyük tutuma və sürətli şarja malik batareya ilə, yüksək dəqiqlikli parlaq ekran, güclü oyun prosessoru və böyük həcmli daxili yaddaşla təchiz etmişik”, - “Infinix Mobility”nin ölkə üzrə direktoru Cəmil Topçibaşev bildirib.   
        Smartfonlarda misilsiz səs keyfiyyəti JBL şirkətinin texnologiyaları sayəsində təmin edilib. 6,67 düym diaqonallı böyük ekran 1080 x 2400 təsvir ölçülü "Amoled" texnologiyası ilə hazırlanıb. Smartfon 2TB-a qədər ayrıca yuvası olan SİM-kartlar üçün ikili slotla təchiz olunub.
        “NOTE 30 Pro”, həmçinin şirkətin yeraltı mərtəbələr, liftlər, şəhərkənarı ərazilər və s. kimi lokasiyalarda mobil siqnalın gücünü əhəmiyyətli dərəcədə yaxşılaşdıran innovativ “Ultra Power Signal” xüsusi innovasiya texnologiyasına malikdir. “NOTE 30” xətti üzrə bütün modellər şəbəkə kontentinin fasiləsiz istehlakını təmin edərək mobil rabitə siqnalının gücünü 40%-ə, “WiFi” siqnalını isə 100%-ə qədər artırma xüsusiyyəti ilə təmin edilib.
        Smartfondakı “ikili video” rejimi həm frontal (32 MP), həm də əsas kamera ilə (108 MP) çəkiliş etmək imkanı verir.
        Qeyd edək ki, yaxın günlərdə ekskluziv  olaraq “NOTE 30 Pro”nu yalnız “Baku Electronics”-paytaxt mağazalarının hamısında, həmçinin Sumqayıt, Xırdalan, Gəncə, Quba, Lənkəran və ölkənin digər səkkiz rayonunda yerləşən filiallarında əldə etmək olar. Smartfonları nağd, yaxud ilkin ödənişsiz, faizsiz, ayda cəmi 63 AZN ödəməklə almaq imkanı var. Telefonları həmçinin bakuelectronics.az saytından birbaşa evinizə və ya ofisinizə pulsuz çatdırılma ilə sifariş edə bilərsiniz. “NOTE 30” ilkin ödənişsiz, faizsiz, 12 ay ərzində ayda 46 AZN ödəməklə təqdim olunur. Bütövlükdə seriyaya xas olan bütün digər xüsusiyyətlərə əlavə olaraq 5G çipsetinə, ekranda barmaq izinə, 50W naqilsiz şarja və nazik korpusa malik “NOTE 30 VIP”ni də tezliklə yalnız Baku Electronics mağazalarından əldə etmək olar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər