Samsung Galaxy S22 Ultra - Galaxy S seriyasının ən universal və premium cihazı

Samsung Galaxy S22 Ultra - Galaxy S seriyasının ən universal və premium cihazı

Reklam və Marketinq
28.03.2022 PAYLAŞIM

    Bu yaxınlarda Samsung Electronics şirkəti Galaxy S22 Ultra smartfonunu təqdim etmişdir. Sözü gedən bu flaqman Galaxy S məhsul xəttinin ən yaxşı xüsusiyyətlərini özündə birləşdirir: təkmilləşdirilmiş kameralar, misilsiz ekran, güclü prosessor və S Pen stilusu ilə işləmə dəstəyi. Smartfonda diqqətinizi çəkən ilk məqam - onun ölçüsüdür. Burada mükəmməl balans təqdim edən Samsung, sizə məzmundan həzz almaq üçün kifayət qədər böyük və əlinizə rahat sığacaq qədər kiçik smartfon təqdim edir. Flaqmanın çəkisinin 228 qr, bizim öyrəşdiyimizdən bir qədər çox olmasına baxmayaraq, istifadə zamanı əlləriniz yorulmur. Smartfon təbiətdən ilhamlanmış dörd rəng variantında təqdim olunur: fantom qara, fantom ağ, yaşıl və tünd qırmızı.  

    Həmçinin cihaz IP68 standartlarına uyğun suyadavamlılıqla təchiz edilimişdir. Galaxy S22 Ultra-nın ön hissəsində axarı yan kənarlı, minimal çərçivə ilə haşiyəyə alınmış böyük 6,8” ekran yerləşdirilmişdir. Displey ətrafı nazik çərçivələr inanılmaz görüntü effekti yaradır, xüsusən bu, 120 Hz adaptiv tezliyə və 1750 nit yüksək parlaqlığa malik Dynamic AMOLED 2X ekrandırsa. Parlaqlıq həqiqətən inanılmazdır, bu səbəbdən də, smartfon, əlbəttə ki, Vision Booster-in köməyi ilə, ən günəşli gündə belə tam aydın görüntü təqdim edir. Qeyd edək ki, bütün korpus Gorilla Victus + şüşəsi ilə qorunaraq 1 metr hündürlükdən düşməyə davam gətirir və cızıqlara qarşı olduqca davamlıdır. Samsung, bu növ şüşənin ilk Galaxy S22 xəttində istifadə olunduğunu iddia edir. 


    Smartfonun korpusuna bir daha nəzər salaq. Bəhs etdiyimiz nazik çərçivə metaldandır və yanları yuvarlaq bir formaya malikdir, lakin bütün flaqmanın mat səthindən fərqli olaraq, sözü gedən bu haşiyə - parıltılıdır. Belə bir dizayn olduqca maraqlı görünür. Burada güc və səs düymələri öyrəşdiyimiz kimi korpusun sağ tərəfdədir. Korpusun üst hissində isə dəyişməz olaraq – anten və dinamik yerləşdirilib, lakin aşağı tərəfdə bütün vacib funksional elementlər təmsil olunub. Xarici dinamik, USB Type-C konnektoru, mikrofon, iki SİM kart üçün nəzərdə tutulmuş slot və S Pen stilusunun yuvası, bunlar hamısı smartfonun aşağı hissəsində yerləşir. S Pen-in xarici görünüşü nəzərə çarpacaq dərəcədə dəyişməmişdir: tək mexaniki düymə və adi qələmlə kağız üzərində yazma hissi yaradan yaylı ucluq. Lakin qələmin funksionallığı təkmilləşdirilmişdir, cavab müddəti 2,8 ms-ə qədər azaldılmış, trayektoriya proqnozlaşdırma alqoritmləri isə yenilənmidir. Sonuncu sayəsində əl ilə yazını indi daha yaxşı tanıyan S-Pen-in dəqiqliyi artmışdır.

    Kameraların əsas bloku korpusun arxa hissəsinin üstündən təxminən bir millimetr yuxarı çıxan beş ayrı dəyirmi modul şəklində təqdim edilmişdir (dörd kamera və lazer məsafəölçəni). Buradakı əsas modul f / 1.8 aperturaya malik 108 meqapiksel, Dual Pixel PDAF avtofokusu, lazer avtofokusu və optik sabitləşdirmə ilə təchiz olunmuşdur. İlk telefoto modul 10 MP-dir. f / Dual Pixel PDAF, 3x zoom-lu OIS ilə təmsil olunmuşdur. İkinci telephoto obyektiv isə periskopik, 10 MP, f/4.9, Dual Pixel PDAF, OIS, 10x zoom-a malikdir. Axırıncı kamera isə 12 MP ultra geniş bucaqlı, f/2.2, 120 dərəcəlik baxış bucaqlı Dual Pixel PDAF obyektivi ilə təchiz edilmişdir. Smartfonun kamerası həm də şəkli miqyaslandıraraq istədiyiniz obyekti 100 dəfə yaxınlaşdıra bilir. Flaqmanın ön kamerası 40MP f/2.2, PDAF sensoruna malikdir. Galaxy S22 Ultra həm də studiya keyfiyyətində şəkil çəkmək üçün VDIS süni zəkası üzərindən işləyən portret rejimi ilə təchiz edilib. Əlavə olaraq, smartfon foto və videoların keyfiyyətini optimallaşdıraraq, istənilən işıqda möhtəşəm nəticələr təqdim edir.

Smartfonlardakı yenilikdən PRO rejiminin təkmilləşdirilməsini qeyd etmək olar ki, burada sadəcə əsas deyil geniş bucaqlı və teleobyektiv kameralarını da istifadə etmək mümkündür. Siz ekspozisiya və çəkim parametrlərindən istifadə edərək şəkilləri işıqlandıra və ya tündləşdirə, ağ rəng balansını tənzimləyə, fotoşəkili isti və ya soyuq çalarlarda təqdim edilməsinə nəzarət edə, həmçinin istədiyiniz obyektə özünüz fokuslana bilərsiniz. Əslində, kamera menyusunda da hər şey sadədir, burada bütün adət etdiyimiz adi "düymələr" təqdim olunub: flaş, aspekt nisbəti, video qətnamə və stabilizator, timer, çərçivənin avtomatik təkmilləşdirilməsi və əsas kameralar arasında keçid olunması.

Qeyd etmək lazımdır ki, burada  yüksək tutumlu batareya smartfonun enerjisinə cavabdehdir. S22 Ultra həmçinin 45 Vt ultra-sürətli yükləməni dəstəkləyir, bu səbəbdən də 54 dəqiqəlik video yazmaq və ya serialın dörd epizodunu izləmək üçün cəmi 10 dəqiqəlik şarj kifayət edir.

Xatırladaq ki, cihazlar artıq Azərbaycan bazarında da satışa çıxarılıb. Galaxy S22 məhsul xəttinin ən son cihazları haqqında əlavə məlumatı  Samsung-un rəsmi internet saytından, həmçinin Baku Electronics, Irshad, Kontakt Home, Maxi.az, Soliton, World Telecom və Optimal mağazalar şəbəkəsində əldə bilərsiniz.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Kompüter və informasiya təhlükəsizliyi sahəsində azərbaycanlı mütəxəssislər üçün..

Azərbaycanda informasiya təhlükəsizliyi sahəsində mütəxəssislər arasında bənzərsiz bir yarış olan CT..


'Həyatı daha dolğun edirik!' - Azercell-dən sosial layihə müsabiqəsi

Cəmiyyətin sosial inkişafı üzrə hədəfinə sadiq qalan “Azercell Telekom” “Bağlantını asanlaşdırır, hə..


'AZERCELL CUP' müsabiqəsinin qalibləri mükafatlandırıldı

Proqramlaşdırma üzrə müsabiqənin gənc qalibləri Azercell Plazada təltif edildi


Azercell-dən 010 seriyalı gözəl nömrələr!

Lider mobil operator müştərilərə eksklüziv seriyalara sahib olmaq şansını yaradır


3 ay ərzində 1 milyona yaxın sorğu!

Fasiləsiz çalışan Azercell-in Əlaqə Mərkəzi müştəri məmnuniyyətini 93%-ə çatdırdı

×