Samsung smartfon və ya planşet əldə et, Azercell-dən 1 il boyunca 1 GB internet hədiyyə qazan!
Digər
Reklam və Marketinq
16.09.2020
Farid Pardashunas
Abunəçilərinə ən yaxşı müştəri təcrübəsi yaşatmağı hədəfləyən “Azercell Telekom” MMC müasir həyatın ayrılmaz hissəsinə çevrilən rəqəmsal xidmətləri və ən son model smartfonları daha da əlçatan edir. Ölkənin lider mobil operatoru Azercell, dünya bazarında keyfiyyət və etibarlılığı ilə seçilən Samsung şirkəti ilə birgə yeni kampaniyaya start verir. Sentyabr ayının 15-dən etibarən Azercell ailəsinə yeni qoşulan hər bir abunəçi Samsung brendinə məxsus istənilən model smartfon və ya planşet əldə edərək 1 il boyunca aylıq 1 GB internet hədiyyə qazanır.
Kampaniyadan yararlanmaq üçün oktyabr ayının 30-dək Azercell diler və Eksklüziv mağazalarına yaxınlaşaraq, yeni Azercell nömrəsi ilə birgə müasir dizayna malik çoxfunksiyalı Samsung cihazlarından birini əldə etmək kifayətdir.
Bu payız Azercell ilə xatirələrinizi internetə pul xərcləmədən bölüşün!
Kampaniya haqqında ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/campaigns/monthly/samsung_kampaniyasi/ səhifəsinə keçid etməyiniz xahiş olunur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)