main-post-cover

    Adobe Photoshop-un pulsuz veb versiyasını istifadəyə verib

    Proqram Təminatı
    Servislər
    15.06.2022
    Emil Nəcəfov
        Adobe şirkəti Photoshop tətbiqinin güclü kompüter və ödənişli abunəlik tələb etməyən versiyasının testinə start verib. Photoshop-un bu versiyasından yararlanmaq üçün sadəcə olaraq brauzerdən istifadə etmək lazım gələcək. Lakin bununla belə Photoshop-un brauzer versiyasında təqdim olunan imkanların sayı tətbiqin desktop versiyasında təqdim olunan imkanların sayından daha azdır. Photoshop-un brauzer versiyası desktop versiyanın daha sadələşdirilmiş versiyası rolunda çıxış edir və o, baza funksionallığına sahibdir. Beləliklə məşhur tətbiqin sadələşdirilmiş versiyasının funksiyaları arasında Refine Edge, Curves, fonun işıqlandırılması, smart obyektlərin konvertasiyası və s. daxildir.
        Bundan əalvə olaraq Photoshop-un veb versiyası online baxış ilə təsvirlərə rəylərin bildirilməsi funksiyalarını da əldə edib. Məşhur fotoredaktor tətbiqinin veb versiyası artıq Kanadadan olan istifadəçilər üçün aktivdir. Veb versiyadan istifadə üçün pulsuz Adobe istifadəçi hesabından istifadə etmək lazım olacaq. Veb versiyanın digər ölkələrdə nə zaman istifadəyə veriləcəyi barəsində məlumat təqdim edilməyib. Şirkət həmçinin Photoshop-un desktop versiyası üçün yeni süni zəka filterini təqdim edib. Sözügedən funksiya köhnə fotolarda olan xırda cızıqları aradan qaldırır və onların rənglərini bərpa edir.
    Linki kopyala