Logo
    main-post-cover

    AnTuTu vasitəsilə artıq avtomobil sistemlərinin performanslarını qiymətləndirmək mümkün olacaq

    Servislər
    26.07.2023
    Emil
        AnTuTu bençmarkının tərtibatçıları AnTuTu-nun avtomobillərin testləri üçün nəzərdə tutulmuş versiyasının betasını istifadəyə veriblər. Avtomobillər üçün olan AnTuTu versiyası nəqliyyat vasitəsinin informasiya-əyləncə sisteminin və digər funksiyalarının nə dərəcədə performanslı olduqlarını yoxlamaq üçün nəzərdə tutulub. AnTuTu tərtibatçıları bildiriblər ki, bençmarkın avtomobillər üçün olan versiyasının istifadəyə verilməsi ideyası çoxdan var idi. Belə ki, avtomobil sahəsinin son illərdəki inkişafı smartfonlar sahəsinin inkişafına bənzəyir. Müasir smartfonlar kimi yeni avtomobillər də böyük ölçülü sensorlu ekran və güclü çiplər ilə təchiz olunurlar.
        AnTuTu-nun avtomobillər üçün olan versiyası isə həmin sistemlərin nə dərəcədə yaxşı çalışdıqlarını müəyyən etməyə imkan verəcək. Bençmark tərtibatçıları qeyd ediblər ki, AnTuTu-nun bu versiyası avtomobilin mərkəzi və qrafik prosessorunun performansını, daxili yaddaş həcminin nə dərəcədə sürətli çalışmasını və multitasking rejimində avtomobilin proqram təminatının necə çalışdığını qiymətləndirməyə imkan verəcək. Bu parametrlər üzrə testlərin sonunda istifadəçi onların hər biri üzrə yekun nəticələri əldə edəcək. AnTuTu-nun avtomobillər üçün nəzərdə tutulmuş versiyasının betasını artıq bu link vasitəsilə yükləmək olar. Qeyd etmək lazımdır ki, bençmarkın bu versiyası hələ ki, bütün avtomobil modellərini dəstəkləmir.
    Paylaş
    Bənzər xəbərlər