App Store-da geniş istifadəçi kütləsi üçün nəzərdə tutulmamış tətbiqlər istifadəyə veriləcək

App Store-da geniş istifadəçi kütləsi üçün nəzərdə tutulmamış tətbiqlər istifadəyə veriləcək

Servislər
01.02.2022 PAYLAŞIM

    App Store tətbiqlər mağazası ilə bağlı demək olar istənilən məsələdə Apple indiyənə kimi çox konservativ şirkət idi. Lakin son zamanlarda Apple bu mövzuda bəzi güzəştlərə getməyə başlayıb. Beləliklə App Store-un yeni siyasətinə əsasən tətbiq tərtibatçıları sözügedən platformada ənənəvi üsullarla əldə edilməsi mümkün olmayan tətbiqləri yerləşdirə biləcəklər. Apple şirkətinin saytının dəstək xidməti bölməsində genişmiqyaslı istifadə üçün nəzərdə tutulmamış tətbiqlərin App Store platformasında yerləşdirilməsi imkanı ilə bağlı məlumat təqdim edilib. Bu cür tətbiqlər platformanın kataloqunda, kateqoriyalar siyahısında, məsləhət görülən tətbiqlər bölməsində və axtarış panelində əks olunmurlar. Bununla belə həmin tətbiqlər App Store mağazasının çalışdığı hər bir regionda mövcuddurlar.

    Bu cür tətbiqləri yükləmək üçün xüsusi linklərə keçid etmək lazımdır. Apple şirkətinin sözlərinə əsasən istifadə genişliyi üzrə məhdudlaşdırılmış bu cür tətbiqlər xüsusi qapalı tədbirləri keçirtməyi planlaşdıran təşkilatlar və ya geniş kütlənin görməsi üçün nəzərdə tutulmamış müəyyən tədqiqatların aparılması üçün faydalı ola bilərlər. Məlumatda qeyd edilib ki, sözügedən tətbiqlər App Store platformasının standart təhlükəsizlik yoxlanışından keçəcəklər və onlar platformanın bütün qaydalarına uymalıdırlar. App Store-da açıq şəkildə yayılan tətbiqlərin tərtibatçıları şirkətə sorğu göndərərək öz tətbiqlərinin statuslarını gizliyə dəyişə bilərlər. Bundan əlavə olaraq şirkət bu cür tətbiqlərin tərtibatçılarına istifadəçilərin əlavə yoxlanış üsulları üzərində çalışmalarını da məsləhət görüb.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Microsoft Edge brauzeri daha çox məşhurlaşmağa başlayıb

Statcounter servisi brauzerlər bazarının yeni statistikasını təqdim edib.


Samsung cihazların fərdi təmiri zamanı istifadəçilərə kömək ola biləcək tətbiqi ..

Son illərdə istifadəçilərin öz cihazlarını fərdi şəkildə təmir etmə hüquqlarını əhatə edən təşəbbüs ..


Microsoft SwiftKey tətbiqini App Store-a geri qaytarıb

Microsoft SwiftKey Android və iOS üçün nəzərdə tutulmuş alternativ klaviatura tətbiqidir.


Microsoft Office tətbiqlərinin mobil versiyalarındakı 2 funksiyanı il sonuna kim..

Microsoft şirkəti Office tətbiqlərinin mobil versiyalarında 2 funksiyanı bu ilin sonuna kimi deaktiv..


Canva veb redaktoruna təsvirlərin mətn vasitəsilə generasiya edilməsi funksiyası..

Təsvirlərin redaktə olunması üçün nəzərdə tutulmuş Canva veb servisi mətn vasitəsilə fotoların gener..


Google Play-də alternativ ödəniş üsulları istifadəyə verilib

Adətən Google Play daxilində bütün alış-verişlərin ödənişi Google şirkətinin fərdi ödəniş sistemi üz..

×