Logo
    main-post-cover

    App Store-da tətbiqlərin yerləşdirilməsi qaydalarına vacib yenilik əlavə edilib

    Servislər
    03.08.2023
    Emil
        Apple şirkəti App Store platformasına yerləşdirilən tətbiqlərin yerləşdirilmə qaydalarına vacib yeniliyi əlavə edib. İstifadəçilərin təhlükəsizlik səviyyələrini yüksəltmək üçün tətbiq tərtibatçıları bundan sonra öz tətbiqlərinin cihaz barəsində bu və ya digər məlumatları nəyə görə əldə etdiklərinin izahını verməli olacaqlar.
        “Apple öz platforması çərçivəsində istifadəçilərin konfidensiallıqlarını qorumağa hədəflənib. Biz bilirik ki, barmaq izi vasitəsilə cihaz barəsində məlumatların yığılmasına hədəflənmiş bəzi API-lar mövcuddur. Bu isə bizim qaydalarımıza zidd olan bir şeydir” - deyə Apple qeyd edib.
        Bu ilin payız fəslindən başlayaraq App Store platformasına yeni tətbiqlərin yüklənməsi və ya platformada artıq mövcud olan tətbiqlərin yenilənmələri zamanı tərtibatçılar konfidensiallıq bölməsində bəzi API alətlərinin cihaz barəsində bu və ya digər məlumatı əldə etmək istəmələrinin səbəblərini qeyd etməli olacaqlar. Bunun edilmədiyi halda şirkət tərtibatçılara bu barədə xatırlatma bildirişi göndərəcək. Gələn ilin yaz fəslindən başlayaraq isə şirkət bunu etməmiş tərtibatçıların tətbiqlərinin App Store platformasında yerləşdirilməsini qadağan edəcək.
    Paylaş
    Bənzər xəbərlər