Apple şirkəti öz servisləri üçün vahid abunəlik paketlərini işə salacaq

Apple şirkəti öz servisləri üçün vahid abunəlik paketlərini işə salacaq

Servislər
14.08.2020 PAYLAŞIM

    Apple şirkəti öz məhsullarının istifadəçilərinə müxtəlif pullu servislər təklif edir. Həmin servislərdən hər biri üçün istifadəçi ayrıca ödəniş etməlidir. Lakin insayderlərin verdikləri məlumata əsasən yaxın zamanda bu dəyişəcək. Belə ki, şirkət bir neçə servisi özündə birləşdirəcək Apple One adlı paketlər sisteminə keçid edəcək. Beləliklə iOS istifadəçiləri aylıq abunəlik üçün ödəniş məsələsində qənaət edə biləcəklər. Bu barədə Arstechnica saytı xəbər verib.

    Məlumata əsasən hər bir Apple One paketi istifadəçilərin üstünlük verdikləri müxtəlif kateqoriyalara hədəflənəcək. Buna görə də Apple şirkəti həmin paketləri bir neçə səviyyəyə ayıracaq. Belə ki, standart abunəlik paketinə Apple Music Apple TV+ daxil olacaq. Daha bahalı abunəlik paketi isə özündə əlavə olaraq Apple Arcade servisini birləşdirəcək. Növbəti 2 abunəlik paketinə Apple News+ servisi və əlavə iCloud bulud servisində yaddaş həcmi daxil olacaq. Vahid abunəlik paketləri həmçinin Apple Family Sharing sistemi ilə də çalşacaq.


    Bu sistem bir tarif çərçivəsində 6 nəfər şəxsin Apple servislərindən istifadə imkanını yaradır. Bu cür təkliflər istifadəçilərə ayda 2$-5$ qənaət etməyə yardımçı olacaqlar. Məsələn əgər hansısa ailə Apple şirkətinin bütün servislərinə və iCloud bulud servisinin maksimal yaddaş həcminə abunədirsə, bu, ailəyə ayda 45$-a başa gəlir. Apple One paketləri sayəsində isə ailə ayda 5$ qənaət edə bilər. Gözləntilərə əsasən yeni abunəlik paketləri bu ilin payız fəslində iOS 14-ün stabil versiyasının istifadəyə verilməsindən sonra ortaya çıxacaqlar. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Servisdə yaddaş həcmi limiti: Məşhur Google Photos servisinin pulsuz imkanı məhd..

Google Photos servisində ödənişli funksiyaların ola biləcəkləri barəsində məlumat sızıntılarından so..


Yeni dizayn və jestlərlə idarəetmə: Youtube-un mobil versiyasında yeni funksiyal..

Google şirkəti məşhur Youtube servisinin mobil versiyasına bir sıra yeniliklər əlavə edib.


Facebook şirkəti öz sosial şəbəkəsinin daxilindəki Dating tanışlıq servisini Avr..

Facebook şirkəti Avropanın 32 ölkəsi üzrə öz sosial şəbəkəsinin daxilində Dating adlı tanışlıq servi..


Apple şirkəti App Store qaydalarında dəyişiklik edib: Dəyişikliklər nələrdir?..

Apple şirkəti App Store üçün olan tətbiqlərin yoxlanış prosesində dəyişikliklər edib.


Gmail yenilənir: Nələr dəyişəcək? Nə yeniliklər olacaq?

Google-a məxsus mail servisi olan Gmail bir çox yeni funksiyalar ilə yenilənir.


Microsoft şirkəti Mixer streaming servisini bağlayacaq: Şirkət digər servisin in..

Bəzən yüksək səviyyəli rəqabətə hətta 10 milyonlarla dollar vasitəsilə də qalib gəlmək olmur. Görünü..

×