Apple tərtibatçılara köhnəlmiş tətbiqlərin yenilənmələri üçün 90 gün vaxt verib

Apple tərtibatçılara köhnəlmiş tətbiqlərin yenilənmələri üçün 90 gün vaxt verib

Servislər
03.05.2022 PAYLAŞIM

    Bir neçə müddət bundan öncə məlum oldu ki, Apple şirkəti uzun müddət ərzində yenilənməmiş, az sayda və ya ümumiyyətlə heç bir yüklənməyə sahib olmayan tətbiqləri App Store-dan siləcək. Bununla belə şirkət tətbiqlərin yenilənmələri üçün tərtibatçılara 30 gün vaxt verildiyini qeyd etmişdi. İndi isə məlum olub ki, Apple tərtibatçılara təqdim edilmiş müddəti 90 günə yüksəldib. Söhbət, son 3 il ərzində yenilənməmiş, son 12 ay ərzində nadir hallarda yüklənmiş və ya ümumiyyətlə yüklənməmiş tətbiqlərin silinməsindən gedir.

    Gözləntilərə əsasən bu cür addım aktual olan kontentlərin axtarışlarına mane olan lazımsız tətbqləri App Store platformasından təmizləməyə, daimi şəkildə yenilənən proqram təminatlarının təhlükəsizlik tələblərinə cavab vermələrinə və onların cihazlardakı müasir texniki imkanlara uymalarına şərait yaradacaq. Daha öncə qeyd edilmişdi ki, tərtibatçılar uzun müddət ərzində yenilənməmiş tətbiqlərini 30 gün ərzində yeniləməlidirlər. Əks halda onların tətbiqləri App Store-dan silinəcək.


    İndi isə şirkət tərtibatçılara 90 gün vaxt verib. Bununla da tərtibatçılar sözügedən prosesin yerinə yetirilməsi üçün yetəri qədər vaxta sahibdirlər. Qeyd etmək lazımdır ki, nəticə etibarilə bu və ya digər tətbiqin App Store-dan silinəcəyinə baxmayaraq, smartfonlara yüklənmiş həmin tətbiqlər çalışmağa davam edəcəklər. Silinmə prosesi yalnız App Store platformasını əhatə edəcək. Apple bildirib ki, App Store Improvements proqramı faktiki olaraq 2016-cı ildən fəaliyyət göstərir və artıq 2.8 milyon tətbiq App Store-dan silinib. Bununla belə tərtibatçıların çoxu şikayət edir ki, tətbiqlər üçün illər əvvəl təqdim edilmiş yenilənmələr hələ də aktual olaraq qalırlar və həmin tətbiqlərin düzgün şəkildə çalışmaları üçün hansısa dəyişikliklərin edilməsinə ehtiyac yoxdur.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple istifadəçilər tərəfindən yüklənməyən tətbiqləri App Store-dan siləcək..

Bir neçə gün bundan öncə Apple şirkəti rəsmi olaraq xəbər verdi ki, o, uzun müddət ərzində yenilənmə..


Google Play Store tətbiqlərin hansı istifadəçi məlumatlarını yığdıqlarını bildir..

Google şirkəti hələ keçən ilin yaz fəslində özünün tətbiqlər mağazası olan Google Play Store üçün an..


Uzun müddət ərzində yenilənməmiş tətbiqlər App Store-dan silinəcəklər..

Bir neçə müddət bundan öncə Google rəsmi olaraq bildirmişdi ki, uzun müddət ərzində yenilənməmiş tət..


Google Play Store daxilində köhnə tətbiqlər gizlədiləcək

Google şirkəti Play Store-dakı köhnə tətbiqləri gizlətməyə başlayacaq.


Samsung 10 000 tətbiqin performansının süni şəkildə aşağı salınmasında günahland..

Güman olunur ki, bu proses cihazların çalışma müddətlərinin uzadılması üçün reallaşdırılır. ..


Fransanın nizamlayıcı orqanı Google Analytics servisini qanunsuz hesab edir

Fransanın Kompüter Elmləri və Vətəndaş Azadlıqları üzrə Milli Komissiyası (CNIL) hesab edir ki, düny..

×