
Baidu şirkəti Ernie adlı süni zəka əsaslı çat-botunu hamı üçün istifadəyə verib
Servislər
01.09.2023
Emil
Çinin böyük texnoloji şirkətlərindən biri olan Baidu özünün ChatGPT rəqibi olan Ernie adlı süni zəka əsaslı çat-botunu hamı üçün istifadəyə verib. ChatGPT kimi Ernie də istifadəçilərin suallarına cavab verə və onların mətn formatında təsvirləri əsasında fotoları tərtib edə bilir. Bu süni zəka əsaslı çat-bot şirkətin rəsmi saytında və yalnız Çinin tətbiq mağazalarında mövcud olan tətbiqində aktivdir. Baidu şirkətinin CEO-su Robin Li-nin sözlərinə əsasən çat-botun hamı üçün istifadəyə verilməsi sayəsində şirkət tərtibatçıları real insanların çat-bot barəsində fikirlərini öyrənə və nəticədə Ernie-ni təkmilləşdirə biləcəklər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
