Bing-in süni zəka əsaslı çat-botuna yaxın aylar ərzində hansı funksiyalar əlavə ediləcək?

Bing-in süni zəka əsaslı çat-botuna yaxın aylar ərzində hansı funksiyalar əlavə ediləcək?

Servislər
05.05.2023 PAYLAŞIM

    Nyu-Yorkda baş tutmuş tədbir çərçivəsində Microsoft rəhbərləri İT jurnalistlərə Bing daxilindəki süni zəka əsaslı çat-botun yeni funksiyalarını test etməyə imkan veriblər. Test edilmiş yeni funksiyalar yaxın aylar ərzində Bing-ə əlavə ediləcək. Məlumatda qeyd edilib ki, Bing Chat fotolar və qrafiklərə istiqamətlənmiş çoxlu sayda cavabların təqdim edilməsi ilə öz imkanlarını genişləndirəcək, istifadəçilərə çat tarixçələrinin eksportunu reallaşdırmağa, kənar pluginlərdən olan kontentləri istifadə etməyə imkan verəcək və s. kimi özəllikləri təqdim edəcək. Microsoft son aylar ərzində hazırlanmış yeni funksiyaları Bing-ə qapalı test prosesi çərçivəsində inteqrasiya edir. Yaxın zamanda Bing Chat istifadəçilərə fotolar vasitəsilə cavab verə biləcək. Təbii ki, söhbət, cavabların foto vasitəsilə təqdim edilməsinin məntiqli olduğu hallardan gedir.


    İstifadəçilərin suallarına cavablar müvafiq fotolarla müşayiət ediləcək. Microsoft hansı kateqoriyaya daxil olan mövzular çərçivəsində foto cavabların təqdim ediləcəyini açıqlamayıb. Lakin buna baxmayaraq Bing Chat konkret fotoların təqdim edilməsinə imkan verməyəcək filtrasiya sisteminə sahibdir. Bing Chat-ın təkmilləşdirilən əsas özəlliklərindən biri də təqdim edilən cavabların şəffaflığıdır. Əsasən də faktlara əsaslanmış cavabların şəffaflığı. Bing özündə bu və ya digər məlumatı əks etdirmiş mətnə işarə edən sitatları birləşdirəcək. Bing Chat həmçinin daxil olan məlumatlar əsasında diaqramlar və qrafiklər tərtib edə biləcək. Daha öncə çat-bot “Braziliyanın ən sıx məşkunlaşdığı şəhərləri hansılardır?” kimi suallara sadəcə olaraq siyahı formatında nəticələr təqdim edirdi.

    Lakin yaxın zamanda Bing Chat bu nəticələri diaqramlar formatında təqdim etməyə başlayacaq. Fotolara gəldikdə isə çat-bot onları mətnləri anlaya bildiyi kimi anlaya biləcək. İstifadəçilər çat-bota fotolar göndərərək müvafiq kontentləri internetdə axtara biləcəklər. Yaxın zamanda Bing Chat həmçinin çat tarixçələrini özündə saxlamağa başlayacaq. Bu isə öz növbəsində istifadəçiyə çat-botla daha öncəki ünsiyyətin dayandırıldığı yerdən davam etməyə imkan verəcək. Bu, bir növ OpenAI şirkətinin bir neçə müddət bundan öncə ChatGPT daxilində təqdim etmiş olduğu çat tarixçələri funksiyasını xatırladacaq. Çat-botun çat tarixçələrini özündə nə qədər müddət ərzində saxlayacağı bilinmir. Lakin məlumdur ki, istifadəçilər onları istədikləri zaman silə biləcəklər. Bing Chat üstəlik məlumatların mübadiləsi və eksportu funksiyalarını əldə edəcək. Bu funksiyalar vasitəsilə istifadəçilər çat-botla ünsiyyət nəticələrini sosial şəbəkələrdə paylaşa biləcəklər.

 



DAHA ÇOX


Huawei özünü süni zəka əsaslı çat-botunu istifadəyə verməyə hazırlaşır..

Hələ 2021-ci ildə Huawei şirkəti özünün Pangu adlı böyük dil modelini yaratmışdı.


Mobil tətbiq və oyun tərtibatçıları keçən il App Store vasitəsilə ümumilikdə 1 t..

Apple şirkətinin verdiyi məlumata əsasən App Store ekosistemi mobil tətbiq və oyun tərtibatçılarına ..


Mozilla Firefox brauzerinə süni zəka əsaslı çat-botu inteqrasiya edəcək

Verilmiş məlumata əsasən Mozilla şirkəti özünün Firefox brauzerinə süni zəka əsaslı çat-botu inteqra..


Apple şirkətinin My Photo Stream adlı pulsuz bulud servisi yaxın zamanda bağlana..

Apple istifadəçilərə xəbər verib ki, fotoların cihazlar arasında sinxronlaşdırılması üçün nəzərdə tu..


ChatGPT-nin iOS üçün olan tətbiqi Azərbaycanda da istifadəyə verilib

OpenAI şirkəti keçən həftənin sonunda ChatGPT-nin iOS üçün nəzərdə tutulmuş tətbiqini istifadəyə ver..


Google Youtube Shorts videoları üçün mətnli təsvirlər tərtib edən neyron şəbəkəs..

Google şirkətinin süni zəka sahəsində fəaliyyət göstərən DeepMind adlı komandası öz yeni layihəsində..

×