
Bing Search-ün çat-botuna fotolar üzrə axtarış funksiyası əlavə edilib (VİDEO)
Microsoft şirkəti Bing axtarış sisteminin tərkibində olan süni zəka əsaslı çat-bota vizual axtarış funksiyasını əlavə edib. İstifadəyə verilmiş funksiya öz növbəsində OpenAI şirkətinin GPT-4 adlı böyük dil modeli əsasında çalışır. Bu funksiya bu və ya digər fotodakı obyektləri tanıya, fotonun tərkib hissəsini təfsir edə, və fotonun tərkibi üzrə axtarış apara bilir. Çat-bota inteqrasiya edilmiş vizual axtarışdan istifadə etmək üçün Bing daxilində çat rejiminə keçid etmək, fotonu yükləmək, lazımi sorğunu qeyd etmək və sonda mesajı göndərmək lazımdır. Mesajı göndərəndən sonra çat-bot müvafiq nəticələri təqdim edəcək. Bing çat-botu çərçivəsində vizual axtarış funksiyası Bing-in həm veb həm də mobil versiyasında artıq hamı üçün aktivdir.
Paylaş
Bənzər xəbərlər