Reklam
Bu tətbiqlər sizin məlumatları heç kimə verən deyil - TOP 3

Bu tətbiqlər sizin məlumatları heç kimə verən deyil - TOP 3

Servislər
10.08.2022 PAYLAŞIM

    İnternet məcrasında və rəqəmsal dünyada başımıza gələcək ən pis hadisələrdən biri də şəxsi məlumatlarımızın, yazışmalarımızın, brauzer tarixcələrimizin başqaları tərəfindən görülməsi və internetə sızdırılmasıdır. Bu mövzuda 10-larla mif olsa da, təəssüf ki, Facebook, Google, WhatsApp, Instagram kimi nəhənglər bizə tam güvən verə bilmirlər. Çünki elə bu şirkətlər bizim məlumatları 3-cü tərəflərə satmaqla pul qazanırlar. Amma bütün bunları düşünən, məlumatları satmadan da xidmət verməyi bacaran tətbiq və həllər var. Azercell-in təqdimatında bu dəfə Tech-Help-də 3 faydalı, təhlükəsiz və məlumatlarımızı götürməyən tətbiqdən danışırıq.

    Nömrə 1: Brave internet brauzeri: Google Chrome və digər məşhur internet brauzlərindən fərqli olaraq brave sizi izləmir, daxil olduğunuz saytları yadddaşda saxlamır, maraqlarınızı qeydə almır. Bu brauzerin digər brauzerlərdən əsas fərqi blok zinciri texnologiyası üzərində qurulmasıdır. Yəni mərkəzi olmayan bir sistemə sahibdir. Əlavə olaraq bu brauzerin pop-up reklam bloklama özəlliyi var. Bununla saytlarda qarşınıza çıxan reklamlar avtomatik bloklanır. Ən yaxşı tərəfi isə bu brauzerdə özünün təklif etidyi reklamları izlədikcə, sizə rəqəmsal pul verilir. Brave aylıq 52 milyondan çox aktiv istifadəçiyə sahibdir. Bir qeydi də nəzərinizə çatdırım ki, brave açıq qaynaq bir brauzerdir və xromium mühərriki üzərində yığılıb. 


    Nömrə 2: WhatsApp alternativi Signal: Hətta, Elon Muskın belə məsləhət görüb, istifadə etdiyi bir tətbiqdən danışırıq. Signal digər messenger platformalarından fərqli olaraq “Signal Foundation” qeyri-kommersiya qurumu tərəfindən təqdim olunur. Yəni bu adamların məqsədi istifadəçilərin məlumatları ilə pul qazanmaq deyil. Burada göndərilən mesajlar, fayllar, audio qeydlər və şəkillər ucdan-uca şifrələnmiş formada qarşı tərəfə ötürülür və qəbul dilir. Elə bu səbəbdən də tətbiqin əsas sloqanı “məxfiliyi özünlə götür, hər mesajda özün ol”-dur. Signal-da qeydiyyatdan keçmək üçün sadəcə işlək bir mobil nömrəyə ehtiyac var. Qalan bütün proseslər adi messenger tətbiqlərində olduğu kimidir. Siganlı güvənilir edən isə onun kodlarının açıq qaynaq olamsıdır. Beləcə hər kəs bu tətbiqin kodlarını nəzərdən keçirə bilər. Özlərinin dediyi kimi bu tətbiq digər mesajlaşma xidmətlərindən fərqli olaraq istifadəçi siyahılarını, qrup simvollarını və adlar kimi metadata-ları izləmir.

    Nömrə 3: KYMS Calculator: Adı kalkulyator olsa da, bu tətbiqin əsas işi sizin smartfonda olan foto, video və digər faylları hərbi səviyyədə istifadə olunan AES metodu ilə şifrələməkdir. Tətbiqin giriş ekranında başqları daxil olanda bu tətbiqin kalkulyator olduğu düşünülsün deyə kalkulyator ekranı açılır. Və işin maraqlı tərəfi odur ki, kalkulyator olaraq da çox əla işləyir. Taa ki, siz əvvəlcədən təyin etiyiniz kodu kalkulyatora yığana qədər. Həmin kodu yığıb bərabərdir işarəsinə basdıqda, boom - gizli qovluqlar açılır. Hətta tətbiqin daxilində gizli internet brauzer də var. Bura tamam başqa bir dünyadır. Hər şey burada şifrəlidir. Telefonunuzu əlinə alan adam burada belə bir qovluq olduğunu heç vaxt bilməyəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Bu 4 tətbiq həyatını dəyişəcək - Tech-Help

Həyatımızı dəyişəcək və bir növ daha yaxşı yaşamağımıza səbəb olacaq tətbiqlər rubrikamızda bu dəfə ..


Google mobil oyunlar ilə tətbiqlər daxilində qıcıqlandırıcı reklamlara müəyyən q..

Google özünün tətbiqlər mağazası olan Google Play Store-dan köhnəlmiş tətbiqləri silməklə yanaşı həm..


ByteDance şirkəti TikTok Music servisini istifadayə verməyə hazırlaşır

Məşhur video platforma olan TikTok-un sahibi ByteDance şirkəti bu ilin may ayında ABŞ-ın Ticarət niş..


Google Play Store region dəyişmə qaydası (bağlı oyunları yüklə)

Google Play Store-da bəzi tətbiq və oyunlar var ki, tərtibatçılar bu oyun və həlləri yalnız müvafiq ..


Youtube Premium-un faydalı funksiyası iPhone və iPad istifadəçiləri üçün pulsuz ..

Google şirkəti Youtube Premium-da mövcud olan vacib funksiyanın pulsuz şəkildə iOS və iPadOS-də isti..

×