main-post-cover

    Canva veb redaktoruna təsvirlərin mətn vasitəsilə generasiya edilməsi funksiyası əlavə edilib

    Proqram Təminatı
    Servislər
    14.11.2022
    Emil Nəcəfov
        Təsvirlərin redaktə olunması üçün nəzərdə tutulmuş Canva veb servisi mətn vasitəsilə fotoların generasiyası funksiyasını əldə edib. Hazırlanmış yeni funksiya Stable Diffusion adlı neyron şəbəkəsi əsasında çalışır. Canva daxilində bu funksiya pulsuz şəkildə istifadəyə verilsə də, o, bəzi məhdudiyyətlərlə çalışır. Text to Image adlı yeni funksiya mətn vasitəsilə təsvirlərin yaradılmasını və yaradılmış təsvirlər üçün müəyyən tərzlərin seçimini mümkün edir. İlkin testlərə əsasən mətn vasitəsilə təsvirlərin generasiyası funksiyası sürətlə çalışır.
        Belə ki, servis bu funksiya vasitəsilə 4 təsviri 10-15 saniyə ərzində generasiya edir. Bununla belə istifadəçi generasiya edilmiş təsvirləri qoruyub saxlaya bilər. Bu yeni funksiyanın daxilində sorğular filtri mövcuddur. Həmin filtr mətndə sistem tərəfindən arzuolunmaz hesab edilən sözlərin aradan qaldırılmasını reallaşdıracaq. Canva-nın pulsuz versiyasında istifadəçi bu funksiya vasitəsilə gün ərzində 100 ədəd təsvir generasiya edə bilər. Lakin ödənişli olan Canva Pro-da bu cür limit yoxdur.
    Linki kopyala