Logo
    main-post-cover

    ChatGPT 'Black Mirror' serialı üçün maraqlı ideya təklif edə bilməyib

    Servislər
    12.06.2023
    Emil
        Məşhur “Black Mirror” televiziya serialının yaradıcısı olan Charlie Brooker bildirib ki, o, serialın epizodlarından biri üçün maraqlı ideyaların tərtib edilməsi prosesində ChatGPT-dən istifadə etməyə başlayıb. Onun sözlərinə əsasən o, yekun nəticədən heç də məmnun qalmayıb. Lakin bununla belə Brooker ChatGPT-nin bəzi ideyalarını özü üçün qeyd edib.
        “ChatGPT-nin etməli olduğu sadəcə “Black Mirror” serialının bütün epizodlarının sinopsislərini axtarmaq və onları bir-birilərinə qarışdırmaqdan ibarət idi. Yekun nəticələr isə heç təəccüblü olmayıblar. ChatGPT istifadəyə veriləndən və süni zəka tərəfdarları onu tərifləyəndən sonra sərhədsiz potensialın mövcudluğu təəssüratı yaranmışdı. Lakin yaradıcı insanlar şikayət etməyə başladılar ki, süni zəka eyni ideyaları təkrar-təkrar təqdim etmək kimi bir özəlliyə sahibdir” - deyə Brooker qeyd edib.
        Onun sözlərinə əsasən o, ChatGPT-ni “Black Mirror”-un epizodlarından biri üçün maraqlı və keyfiyyətli ideyaların tərtib edilməsinə məcbur edə bilməyib. Lakin bununla belə o, süni zəka ilə çalışma prosesi çərçivəsində layihəni maraqlı saxlamaq yolunda nələri etməməyin lazım olduğunu anlayaraq müsbət əks təcrübəni qazanıb.
    Paylaş
    Bənzər xəbərlər