Logo
    main-post-cover

    ChatGPT-nin IOS tətbiqi Bing axtarış sistemindən istifadə etməyə başlayıb

    Servislər
    03.07.2023
    Emil
        ChatGPT-nin ödənişli versiyası olan ChatGPT Plus-ın istifadəçiləri çat-botun iOS üçün nəzərdə tutulmuş tətbiqində əhəmiyyətli özəlliyi əldə ediblər. Belə ki, bundan sonra ChatGPT Plus istifadəçiləri tətbiqdə çat-botun Bing axtarış sistemi vasitəsilə yığılmış məlumatlarını əldə edəcəklər. Bu üsul ilə istifadəçilər aktual məlumatları əldə edə biləcəklər. Məlumdur ki, ChatGPT-nin adi versiyası hamı üçün aktivdir. Lakin onun tərəfindən təqdim edilən məlumatlar artıq köhnəliblər. Belə ki, ChatGPT-nin adi versiyası qlobal internet şəbəkəsinə qoşulmayıb.
        ChatGPT Plus isə istifadəçiyə təqdim edilən məlumatları bilavasitə internetdən götürür. Hələ may ayında baş tutmuş Build adlı tədbir çərçivəsində Microsoft bildirmişdi ki, Bing axtarış sistemi ChatGPT-də istifadə ediləcək standart axtarış sistemi olacaq. Qeyd etmək lazımdır ki, ChatGPT-nin adi versiyası tərəfindən təqdim olunan məlumatlar 2021-ci ilə qədər olan məlumatlardır. Buna görə də əgər istifadəçi aktual olan məlumatları əldə etmək istəyirsə məcbur şəkildə ChatGPT Plus-dan istifadə etməli olacaq. ChatGPT Plus-dan aylıq istifadə haqqı isə 20$ təşkil edir. 
    Paylaş
    Bənzər xəbərlər