Logo
    main-post-cover

    ChatGPT tətbiqinin Android versiyası artıq bəzi ölkələrdə aktivləşdirilib

    Servislər
    26.07.2023
    Emil
        Bu həftənin əvvəlində məlum oldu ki, ChatGPT tətbiqinin Android versiyası bu həftə ərzində istifadəyə veriləcək. OpenAI tətbiqin Google Play-dəki səhifəsini də təqdim etdi. İndi isə rəsmi şəkildə məlum olub ki, tətbiqin Android versiyası artıq bəzi ölkələrdə aktivləşdirilib. Hal hazırda ChatGPT tətbiqinin Android versiyasını yalnız ABŞ, Hindistan, Braziliya və Banqladeşdən olan istifadəçilər yararlana bilərlər. Digər ölkələrdəki istifadəçilər isə tətbiqdən yararlanmaq üçün VPN-dən istifadə etməli olacaqlar. Lakin OpenAI bildirib ki, gələn ay tətbiqin Android versiyası daha çox ölkədə aktivləşəcək. Şirkət həmçinin qeyd edib ki, tətbiqin Android versiyasında istifadəçilər çat-botun həm pulsuz versiyasından (GPT-3.5) həm də ChatGPT Plus adlı pullu (GPT-4) versiyasından istifadə edə bilərlər.
    Paylaş
    Bənzər xəbərlər