
Çindən olan şirkətlər tərəfindən smartfonlar üçün hazırlanmış tətbiqlər aktiv şəkildə bütün dünyada yayılmağa davam edirlər. Bu, müxtəlif dövlətlərin hökumətlərinin həmin tətbiqləri potensial təhlükə mənbələri kimi görmələri tendensiyasının mövcud olduğu bir vaxtda baş verir. Sensor Tower adlı tədqiqat şirkətinin məlumatlarına əsasən Google Play ilə App Store-da olan məşhur tətbiqlərin 1/3 hissəsi Çin köklərinə sahibdir. Bu ilin birinci rübü üzrə Google Play ilə App Store-dakı 475 ədəd ən məşhur tətbiqin 156-sı Çin şirkətləri tərəfindən hazırlanıb.
Bu isə ümumi göstəricinin 33%-nə bərabərdir. ByteDance şirkətinə məxsus olan TikTok 82 ölkədə ən məşhur 5 tətbiq reytinqinə daxil olub. Videoların redaktə olunması üçün nəzərdə tutulmuş CapCut tətbiqi isə aktiv şəkildə öz istifadəçi kütləsini genişləndirməyə davam edir. Nəticədə o, 48 ölkədə ən məşhur 5 tətbiq reytinqinə daxil ola bilib. Geyim alış-verişini mümkün edən Shein adlı tətbiq Avropa və Cənubi Amerikada gənc istifadəçilər arasında çox məşhurdur və o, 10 ölkədə ən məşhur 5 tətbiq reytinqinə daxil olub.
Çin şirikətləri tərəfindən hazırlanmış tətbiqlər ABŞ bazarında ən məşhur tətbiqlər arasında birinci, ikinci, üçüncü və beşinci yerləri tutublar. Çindən olan mobil tətbiqlərin bu dərəcədə məşhurlaşmalarına baxmayaraq bir çox ölkələr onları məhdudlaşdırırlar. Bununla məşğul olan ölkələrin hökumətləri narahatdırlar ki, Çindən olan mobil tətbiqlər onların milli təhlükəsizliklərinə ciddi riskləri özlərində birləşdirirlər.