Discord Clyde adlı çat-botuna ChatGPT-nin imkanlarını inteqrasiya edib

Discord Clyde adlı çat-botuna ChatGPT-nin imkanlarını inteqrasiya edib

Servislər
10.03.2023 PAYLAŞIM

    Məşhur Discord messencerinin daxilində mövcud olan Clyde adı çat-bot uzun müddətdir ki, istifadə edilir. Lakin sözügedən çat-bot məhdud sayda funksiyaya sahibdir. Bu vəziyyət yaxın zamanda dəyişəcək. Belə ki, Discord öz çat-botuna süni zəka əsaslı ChatGPT-nin inteqrasiyasını elan edib. Bu inteqrasiya qapalı beta test çərçivəsində reallaşdırılıb. Bununla yanaşı Discord yenilənmiş Clyde çat-botunun nələrə qadir olduğu barəsində məlumatları da təqdim edib. Beləliklə yenilənmiş Clyde məhdud sayda istifadəçi arasında test rejimində çalışır.

    Məlumdur ki, o, ChatGPT-nin bütün imkanlarını əldə edib. Belə ki, o, ChatGPT kimi cavabları tərtib edə və müxtəlif əməliyyatları yerinə yetirə bilir. Çat-botun unikal funksiyaları arasında isə onun Discord serverinə sıx inteqrasiyası var. Məsələn Clyde bu və ya digər istifadəçinin yaşadığı regionda gecə və ya gündüz olduğunu təyin edərək ona mesaj yazmağın düzgün olub-olmadığını məsləhət görəcək. Çat-botun sahib olduğu digər bir maraqlı funksiya isə çat daxilində ötürülmüş mesajların ümumiləşdirilməsidir.


    Məsələn istifadəçi iki gün ərzində Discord-a daxil olmayıb. İki gündən sonra o, çat-botdan iki gün ərzində baş vermişlərin qısa xülasəsini istəyə bilər. Çat-bot isə öz növbəsində iki gün ərzində istifadəçi tərəfindən Discord daxilində buraxılmış hadisələrin qısa təsvirini təqdim edəcək. Discord yenilənmiş Clyde çat-botunun açıq beta testinin nə zaman keçiriləcəyi barəsində məlumat verməyib. Discord həmçinin ChatGPT-ni özünü  AutoMod adlı moderasiya sisteminə də inteqrasiya edib. Nəticədə ChatGPT vasitəsilə AutoMod Discord qaydalarına zidd olan halları təyin edə biləcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İstifadəçilər Bing-in süni zəka əsaslı çat-botunun cavablarını artıq sosial şəbə..

Microsoft şirkəti Bing axtarış sistemi daxilində GPT-4 dil modeli əsasında çalışan Bing Chat-dan ist..


Mətn formatında təsvirlər əsasında videolar tərtib edə bilən Runway Gen-2 adlı a..

Mətn formatında təsvirlər əsasında fotolar tərtib edə bilən Stable Diffusion adlı neyron şəbəkəsinin..


Google Play-də tətbiqlərin müxtəlif cihazlar arasında sinxronlaşdırılması funksi..

Verilmiş məlumata əsasən Google şirkəti Google Play-ə yeni funksiya əlavə edib. Söhbət, tətbiqlərin ..


Adobe mətn formatında təsvirlər əsasında fotolar tərtib edə bilən Firefly adlı s..

Adobe şirkəti DALL-E və Midjourney kimi neyron şəbəkələrinin məşhurluqları fonunda kənarda qalmaq is..


Süni zəka əsaslı GPT-4 dil modeli iPhone üçün tətbiq yaratmağı öyrənib..

Morten Just adlı tərtibatçı süni zəka əsaslı GPT-4 dil modelinin imkanlarını sərgiləyib.


Çinin Baidu şirkəti süni zəka əsaslı çat-botunu təqdim edib (VİDEO)

Çinin ən böyük şirkətlərindən biri olan Baidu özünün süni zəka əsaslı çat-botunu təqdim edib...

×