Logo
    main-post-cover

    Əfsanəvi Winamp mobil cihazlara geri qayıdır

    Servislər
    10.07.2023
    Emil
        Winamp-ın sahibi olan Llama Group şirkəti bir vaxtlar çox məşhur olmuş bu playerin mobil cihazlara geri qayıdışını elan edib. Şirkət həmçinin yeni playerin 10 il bundan öncə Google Play-dən silinmiş Winamp-dan nə ilə fərqlənəcəyini açıqlayıb. Orijinal Winamp audio faylların dinlənilməsi üçün istifadə edilirdi. Lakin müasir dövrdə bazarı streaming servislər ələ keçiriblər.
        Buna görə də yenilənmiş Winamp-ın mobil versiyasında Fanzone bölməsi olacaq və həmin bölmə müxtəlif musiqiçilərin məhnılarından ibarət kitabxanalarına ödənişli abunəliyin əldə edilməsi imkanını verəcək. Məlumata əsasən hər bir musiqiçiyə aylıq abunəlik haqqı 1$ təşkil edəcək. Bununla yanaşı istifadəçi öz cihazının yaddaşındakı mahnıları da player vasitəsilə dinləyə biləcək. Musiqiçilər isə Winamp daxilindəki səhifələrində sosial şəbəkələrdə olduğu kimi mesajlar paylaşa biləcəklər. Winamp-ın beta versiyası qapalı test çərçivəsində artıq Google Play-də mövcuddur.
    Paylaş
    Bənzər xəbərlər