main-post-cover

    GitHub-da proqramçılara yardım məqsədli Copilot X adlı süni zəka botu istifadəyə veriləcək

    Proqram Təminatı
    Servislər
    26.03.2023
    Farid Pardashunas
        Microsoft şirkətinə məxsus olan GitHub platforması Copilot X adlı yenilənmiş assistenti təqdim edib. Sözügedən assistent proqramçılara genişləndirilmiş yardımın təqdim edilməsi üçün nəzərdə tutulub. Copilot X çat-bot və əmrlərin səs vasitəsilə daxil edilməsi funksiyalarını əldə edib. Proqramçı hansısa mövzu barəsində çətinlik çəkdiyi zaman Copilot X-ə müraciət edə bilər. Proqramçı müxtəlif mənbələrdəki digər proqramçılardan yardım istəmədən öz problemini bu üsul ilə həll edə bilər. Copilot X kodun yazılması məsələsində bu və ya digər tapşırıqların necə yerinə yetirilməsi barəsində istifadəçiyə məlumat verəcək. GitHub-ın rəhbəri olan Thomas Dohmke öz növbəsində Copilot X-in çalışmasına dair bir nümunəni gətirib.
        Onun sözlərinə əsasən Copilot X Python proqramlaşdırma dili vasitəsilə “Snake” oyununun kodunu necə yazmaq lazım olduğu barəsində məlumatı təqdim edib. Çat pəncərəsi daxilində sistem istifadəçiyə bu və ya digər kod hissəsinin nə üçün lazım olduğunu söyləyir, onun test və mövcud səhvlərinin aradan qaldırılma üsullarını təklif edir. Qeyd etmək lazımdır ki, Copilot GitHub daxilində keçən il istifadəyə verilmişdi. Həmin vaxtda o, kodun ayrı-ayrı hissələrini avtomatik şəkildə tamamlayan bir alət idi və nəticədə minlərlə tərtibatçı arasında çox məşhurlaşdı. Copilot X isə ChatGPT-nin əsasında olan GPT-4 dil modeli vasitəsilə çalışır. Lakin qeyd etmək lazımdır ki, kodun ayrı-ayrı hissələrinin avtomatik şəkildə tamamlanması imkanı yalnız əvvəlki Copilot versiyasında aktivdir. Copilot X hələ hamı üçün aktiv deyil. Ondan faydalanmaq istəyən proqramçılar gözləmə siyahısında qeydiyyatdan keçməlidirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər