
GitHub servisi sənədlərlə çalışmaq üçün Copilot alətini təqdim edib
GitHub servisi sənədlərlə çalışmaq üçün nəzərdə tutulmuş Copilot alətini təqdim edib. Bu alət ChatGPT kimi çalışır və rəsmi kitabxanalar, dokumentasiyalar və resurslar barəsində məlumatların axtarışını aparmağa imkan verir. Bu alət GitHub, React, MDN, Azure, TypeScript və Webpack resurslarını əhatə edir. İstifadəçi öz növbəsində Copilot vasitəsilə lazımi resursu seçəndən sonra öz sualına olan cavabı və ya kod nümunələri ilə birlikdə müəyyən mövzu barəsində ətraflı məlumatı əldə etmək üçün filtrləri əlavə edə bilər. Sistem ilə adi sorğular vasitəsilə qarşılıqlı əlaqədə olmaq və kod nümunlərini məlumatların mübadiləsi buferinə kopyalamaq olar. İstifadəçi mouse işarəsini sistem tərəfindən tərtib edilmiş cavabda hansısa seçilmiş mətnə yönləndirən zaman sistem onun mənbəyini göstərəcək və müvafiq linki təqdim edəcək.
Paylaş
Bənzər xəbərlər