main-post-cover

    Gmail tətbiqinin beta versiyasına məktubların tərcüməsi funksiyası istifadəyə verilib

    Proqram Təminatı
    Servislər
    24.08.2023
    Emil Nəcəfov
        Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Google Gmail-in Android iOS versiyaları üçün məktubların avtomatik tərcüməsi funksiyası üzərində çalışır. İndi isə məlum olub ki, Gmail mobil tətbiqinin beta versiyasında bu funksiya istifadəyə verilib. Gmail-in mobil tətbiqində bu funksiya veb versiyada olduğu kimi çalışır.
        Belə ki, bu və ya digər məktubun yuxarı hissəsində məktub mətninin smartfonda istifadə edilən dilə tərcümə olunması təklifini özündə əks etdirən banner bildirişi ortaya çıxır. Bununla yanaşı istifadəçi daxil olan bütün məktubların tərcümə edilməsini ayarlar vasitəsilə aktivləşdirə bilər. Məktubların tərcümə edilməsi funksiyası şirkət tərəfindən tədricən istifadəyə verilir. Buna görə də Gmail-in mobil tətbiqinin beta versiyasının istifadəçiləri funksiyadan istifadə etmək üçün bir qədər gözləməli olacaqlar. Funksiyanın stabil Gmail-də nə zaman istifadəyə veriləcəyi bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər